"Lənkəranski" 500 min dollara killer tutub "Lotu Quli"ni öldürmək istəyirdi...

"Lənkəranski" 500 min dollara killer tutub "Lotu Quli"ni öldürmək istəyirdi...
14:22 25 Oktyabr 2016
220 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəranskinin qətlində iştirak edən killer öldürüldü (03 May 2017 09:43)
Lənkəranskinin qətlində iştirak edən killer öldürüldü (03 May 2017 09:12)
Lotu Bəxtiyar hansı avtoritetə "imam" deyirdi? - ANONS! ANONS! (25 Mart 2017 15:34)

Bu ilin avqustunda İstanbulda güllələnən məşhur azərbaycanlı kriminal avtoritet, "Rövşən Lənkəranski" ləqəbli Rövşən Canıyevin barışmaz düşməni olan "Lotu Quli"ni (Nadir Səlifov) həbsxanada öldürmək üçün killer tutduğu üzə çıxıb.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu plan barədə təkzibolunmaz dəlillər YouTube şəbəkəsində yerləşdirilib. "Rövşən Lənkəranski"nin İlqar adlı killeri ilə bir vaxtlar "Lotu Quli"nin yaxın ətrafına daxil olan nüfuzlu kriminal element Hikmət Muxtarov ("Sabirabadlı Hikmət" kimi tanınan mərhum Hikmət Muxtarovla eyni ad-soyadı daşıyır - red.) arasında telefon danışıqlarının internetdə yerləşdirilmiş audioyazısından məlum olur ki, bu iş üçün tərəflər 500 min dollara anlaşıblar. Hadisələr 2009-cu ildə cərəyan edib. Həmin ərəfədə "Rövşən Lənkəranski" özü Kiyevdə saxlanılmışdı və onun Azərbaycana deportasiyası gözlənilirdi.

Telefon danışıqlarından məlum olur ki, "Lotu Quli"nin o vaxt cəza çəkdiyi 13 saylı cəzaçəkmə müəssisəsində öldürülməsi planını "Rövşən Lənkəranski"nin klanına daxil olan İlqar adlı şəxs hazırlayıb. O, "Lotu Quli" ilə eyni həbsxanada cəza çəkən Hikmət Muxtarovla hansısa yolla yaxın münasibət qurub. Daha sonra "Lotu Quli"ni həbsxanada öldürmək üçün inanılmış adam tapdığını "Rövşən Lənkəranski"yə çatdırıb. Sonuncu bu təkliflə razılaşıb və məsələnin həllini İlqara həvalə edib.

Telefon danışıqlarından belə məlum olur ki, Hikmət "Lotu Quli"nin klanına mənsub olsa da ondan narazıdır və avtoritetin aradan götürülməsi üçün ona verilmiş sifarişi yerinə yetirməyə hazırdır. Lakin bu işi yerinə yetirmək üçün 500 min dollar haqq istəyib. Anlaşmaya əsasən, əvvəlcə pulun 100 min dolları Hikmətə (o, həbsxanada olduğu üçün ailəsinə) çatdırılmalıydı, qalanını isə sifariş yerinə yetiriləndən sonra almalıydı. Daha sonra şərtlər dəyişib və pulun 300 min dollarını əvvəlcədən vermək məsələsi qoyulub.

"Lotu Quli"nin öldürülməsi məsələsini tərəflər 2009-cu ilin dekabrında baş tutmuş bir neçə telefon danışığında müzakirə ediblər. Həmin vaxt "Rövşən Lənkəranski"nin adamı Rusiyadan Azərbaycana gəlmişdi və həbsxana ilə müntəzəm əlaqə saxlayıb "Lotu Quli"nin aradan götürülməsi ətrafında müzakirələr aparırdı.

Telefon danışıqlarına əsasən, Hikmət Muxtarov 13 saylı cəzaçəkmə müəssisəsində "avroremont" kamerada tək qalan "Lotu Quli"ni zəhərləyərək öldürməli idi. Bu məqsədlə o, avtoritetlə yaxınlığından istifadə edib onun kamerasına girməliydi. Belə məlum olur ki, sifarişin şərtlərinə əsasən, "Rövşən Lənkəranski" Hikməti öz himayəsinə götürəcəkdi və onun həbsxanadan buraxılması üçün çalışacaqdı.

Telefon danışıqlarında İlqarla Hikmət "Rövşən Lənkəranski"nin Azərbaycana ekstradisiyası və onun "oğru" adından məhrum edildiyi barədə "Ded Xasan"ın çıxardığı hökmdən də danışırlar. Habelə telefon söhbətlərindən birində İlqar "Lotu Quli"nin yaxın adamı, "Oleq Bakinski" kimi tanınan Oleq Krapivini Kiyevdə öldürəcəyi barədə danışır. "Sən bu işi burada həll edlə, mən də onu Kiyevdə o tərəfə yola salım", - deyir.

Belə məlum olur ki, İlqar "Lotu Quli"nin öldürülməsi üçün lazım olan məbləğin 300 min dollarını Hikmətin ailəsinə çatdırıb. Lakin hüquq-mühafizə orqanları bu şübhəli pul transferindən xəbər tutub, evdə axtarış aparılıb. Habelə Hikmətin qaldığı "zon"da "şmon" olub. Bu uğursuzluğa baxmayaraq tərəflər yenə də planı müzakirə ediblər və Hikmət sifarişi yerinə yetirəcəyinə tam arxayın edib. Ancaq ona çatacaq məbləğin 100, yaxud 200 min dollarının "Rövşən Lənkəranski" tərəfindən veriləcəyinə tam əmin olmaq istəyib.  Ancaq plan baş tutmayıb, çox güman ki, "Lotu Quli"nin həbsxanada ona sui-qəsd hazırlanmasından xəbəri olub və zəhərləmə əməliyyatı alınmayıb.

Telefon söhbətlərindən məlum olur ki, həmin vaxtlar "Lotu Quli" özü də "gec-tez Rövşənin başını yeyəcəyi" haqda danışırmış...

Milli.Az





RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Nadir dəri xəstəliyindən əziyyət çəkən 16 yaşlı model - FOTOLAR

29 May 2017 17:28

Bakıda gənci camaatın gözü qarşısında zorla maşına mindirib... - VİDEO

29 May 2017 17:27

Merkel: "Avropa ABŞ və Böyük Britaniyaya arxayın ola bilməz"

29 May 2017 17:22

“UNEC Ekspert”in xüsusi buraxılışı çıxıb

29 May 2017 17:22

“Lotu Quli”nin adamlarına SİLAHLI HÜCUM

29 May 2017 17:18

Səudiyyə Ərəbistanının beynəlxalq ehtiyatları 500 mlrd. dollardan aşağı düşüb

29 May 2017 17:17

Hamilə Beyonse yeni fotolarını paylaşdı - FOTO

29 May 2017 17:12

“Mənim vaxtımdakı “Barselona” daha güclü idi”

29 May 2017 17:12

Gənc qızın küçədəki bu hərəkəti hamını əsəbiləşdirdi

29 May 2017 17:12

Uşaqlar oruc tuta bilərmi?

29 May 2017 17:08

Dünyanın ən bahalı avtomobili təqdim olundu

29 May 2017 17:05

ABŞ və Çin investorları Astanada açılan yeni birjaya ciddi maraq göstərirlər

29 May 2017 17:02

Oqtay Əsədov Latviya Seyminin spikeri ilə görüşüb

29 May 2017 17:02

Suriyada 17 kənd terrorçulardan azad edilib

29 May 2017 17:01

Bütün dünya bu qadından danışır: 63 yaşında stilistləri mat qoydu

29 May 2017 16:59

Bu qız elə səslər çıxarır ki, heç kim onunla evlənməz...

29 May 2017 16:58

BMW avtomobillərinin istehsalı dayandı

29 May 2017 16:55

Meyxanaçı Aydın Xırdalanlı tanınmaz halda - FOTO

29 May 2017 16:53

Lənkəranda 3 dəhşətli qəza: 2 ölü, 7 yaralı - VİDEO - FOTO

29 May 2017 16:52

Almaniya müharibəyə başlayır: Dünya hegomonluğu uğrunda DÖYÜŞ

29 May 2017 16:43

Qadınların çantalarına girənlər tutuldu

29 May 2017 16:43

Mourinyo futbolu Formula1-ə dəyişdi

29 May 2017 16:42

ƏDALƏT ŞÜKÜROV: "Oruc tutmamaq günah deyil!

29 May 2017 16:41

Elmar Məmmədyarov Kolumbiyada səfərdədir

29 May 2017 16:33

Azərbaycanlı modelin adı Tramp-Rusiya təhqiqatında: general Flinn və 530 min dollar - FOTO

29 May 2017 16:32

"Rolls-Royce" dünyanın ən bahalı avtomobilini təqdim edib

29 May 2017 16:32

Klub sahibinin bahalı istirahəti - FOTOLAR

29 May 2017 16:27

Ölülərin asıldığı qaya, insan sümüklərindən tikilən kilsə - Dünyanın ƏN QORXUNC YERLƏRİ - FOTOLAR

29 May 2017 16:23

Azərbaycanlı aktrisa oğlu ilə - FOTO

29 May 2017 16:22

Şəkidə güclü leysan yollara ziyan vurub (FOTO/VİDEO)

29 May 2017 16:22

Azərbaycanda öz qaydaları ilə işləyən dairə

29 May 2017 16:19

Liderlər rəngli corab geyinən baş naziri yaxına buraxmadılar – VİDEO

29 May 2017 16:13

Pamela Anderson klub açılışına qatıldı - FOTO

29 May 2017 16:12

Tottinin vida nitqi: "Dəli kimi ağlayırdım..."

29 May 2017 16:12

Meyxanaçı Aydın Xırdalanlı tanınmaz hala düşüb

29 May 2017 16:11

"Technol" Xəzər Neft-Qaz Sərgisində iştirak edəcək

29 May 2017 16:07

İnternetdə məşhurlaşan Çinarənin evi - VİDEO - FOTO

29 May 2017 16:05

Yunanıstanda qırıcı dənizə düşdü

29 May 2017 16:05

Sobada lobyalı, kartoflu toyuq resepti

29 May 2017 16:00

"Forbes" dünyanın ən bahalı şirkətlərinin SİYAHISINI AÇIQLADI

29 May 2017 15:58

“Qəbələ”dən 5 cavabsız qol

29 May 2017 15:57

Rəşad Sadiqovun yeni klubu müəyyənləşdi

29 May 2017 15:57

Ramazanla bağlı MARAQLI FAKTLAR: 2,419 qəza

29 May 2017 15:54

Polis qızın paylaşımı "Facebook"-u bir-birinə qatdı...

29 May 2017 15:53

Zibillikdən sursat çıxdı

29 May 2017 15:50

Ərdoğanı qarşılayan əsgər onu güllələyəcəkdi – SUİ-QƏSD PLANI

29 May 2017 15:48

Avropa İttifaqı Suriyaya qarşı sanksiyaları uzatdı

29 May 2017 15:47

"Əslində evlənməyi düşünmüşdük, amma..." - Burcu

29 May 2017 15:47

Bakıda avtobus sürücüsü gənc qızın belini sındırdı

29 May 2017 15:44

Gəncədə I Beynəlxalq Musiqi Festivalı keçirilib

29 May 2017 15:42