Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Əməkdar artist: "Həmişə 90-60-90 ölçüdəyəm" - FOTO

Əməkdar artist: "Həmişə 90-60-90 ölçüdəyəm" - FOTO

Date: 25 October 2016 14:22

Əməkdar artist Naina İbrahimova "Xüsusi təyinatlı İbad" filminin qala-gecəsinə qatılıb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, açıqlama verən aktrisa dəvətlərə az getməsinin səbəbini açıqlayıb:

"Dəvət olunduğum yerlərə gedirəm. Bu film isə vətənpərvərlik mövzusundadır. Sevindirci haldır ki, ölkəmizdə bu cür filmlər çəkilir. Belə mövzulara tez-tez müraciət olunmalıdır ki, uşaqlarımız vətənpərvər ruhda böyüsünlər. Lazımlı filmlər ölkədən kənarda da nümayiş olunmalıdır. Qoy hamı günahsız insanların necə öldürüldüyünü görsün. Qəhrəmanlarımız vətənimiz, bizim üçün döyüşüb, canlarından keçiblər. Dünya bu haqsızlığı tanımalıdır".

N.İbrahimova çəkisindən danışıb:

"Hamiləlik vaxtı 13 kiloqram kökəlmişdim, amma sonra həmin çəkini də verdim. Heç vaxt arıqlamıram və kökəlmirəm. Həmişə 90-60-90 ölçüdəyəm. Xüsüsu pəhrizim yoxdur, az yeyirəm. Bu qədər arıq olmaq genetikdir".

Milli.Az






Tags:  Əməkdar artist Həmişə 90-60-90 ölçüdəyəm FOTO

RƏYLƏR


Top news