Prosineçki prezidentin ziyafətində - FOTO

Prosineçki prezidentin ziyafətində -   FOTO
14:27 25 Oktyabr 2016
41 İdman
Ölkə mətbuatı
A- A+

Oktyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından ölkəmizdə rəsmi səfərdə olan Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin və həyat yoldaşı Yakov Kitaroviçin şərəfinə rəsmi ziyafət verilib. 


Fanat.Az xəbər verir ki, ziyafətdə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki də iştirak edib.


O, ziyafətdə Azərbaycan nümayəndə heyəti ilə eyni sırada əyləşib.


Qeyd edək ki, dünən president İlham Əliyev R.Prosineçkinin rəhbərliyi altında millimizin uğurla çıxış etdiyini söyləyib və buna görə xorvatiyalı mütəxəssisə təşəkkürünü bildirib.



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-prosinecki-prezidentin-ziyaftind-t53621.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR