Moskvada meyitləri tapılan erməniləri İrəvandakı deputat güllələdib?

Moskvada meyitləri tapılan erməniləri İrəvandakı deputat güllələdib?
14:32 25 Oktyabr 2016
33 Dünya
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi, Yeni Moskva ərazisində kirayə mənzildə odlu silahdan qətlə yetirilmiş, əslən Ermənistandan olan iki nəfərin meyitləri aşkarlanıb.

RİA Novosti xatırladır ki, Ermənistanın Rusiyadakı səfirliyinin məlumatına görə, ölənlər 43 yaşlı Eduard Nşanyan və 46 yaşlı Armen İsraelyandır.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Ermənistanın İstintaq Komitəsi bu qətldə ölkə vətəndaşından şübhələndiklərinə dair məlumat yayıb.

"Qətlə yetirilən hər iki şəxsin baş nahiyəsində güllə yarası var. Bu isə qətli törədənin peşəkar qatil olduğunu və qətli soyuqqanlılıqla törətdiyini göstərir", - bunu isə Yerevanın "Qrapark" qəzeti yazıb.

Nəşrin məlumatına görə, "Rıba" ("Balıq") ləqəbli Armen İsraelyanın və "Tsıplyonok" ("Cücə") ləqəbli Eduard Nşanyanın qətli günün xəbərinə çevrilib. Belə ki, İsraelyanın Ermənistan parlamentinin deputatı və ölkənin ən zəngin insanlarından biri Samvel Aleksanyan ilə köhnə haqq-hesabı olub.

"Qrapark" xatırladır ki, təxminən iyun ayında İsraelyan bir sıra KİV-ə verdiyi müsahibələrində Aleksanyanın onun əmlakını və biznesini əlindən aldığını, özünü isə anbarlarının birində bir müddət girov saxladığını bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/482994.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR