Türkiyə bu FETÖ-çünün yerini deyənə 4 milyon mükafat verəcək

Türkiyə bu FETÖ-çünün yerini deyənə 4 milyon mükafat verəcək
14:37 25 Oktyabr 2016
25 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə 15 iyul hərbi çevriliş cəhdi zamanı Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənin təlimatı ilə prosesləri idarə etməkdə şübhəli sayılan Adil Öksüzün yeri barədə məlumat verən şəxsə 4 milyon lirə mükafat ödənəcək.

Mili.Az APA-ya istinadən bildirir ki, FETÖ-nün Türkiyə Silahlı Qüvvələrindəki imamı sayılan A. Öksüzün adı Türkiyə Daxili İşlər Nazirliyinin tərəfindən tərtib edilən terrorçular siyahısında "qırmızı kateqoriya"ya daxil edilib.
 
A. Öksüzlə bərabər bu kateqoriyada PKK terror təşkilatının rəhbərliyindəki şəxslər yer alılar. Bu kateqoriyaya daxil edilən terrorçuların yeri barədə məlumat verən şəxslər üçün 4 milyon lirə mükafat nəzərdə tutulub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/482995.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR