Lənkəranski 500 min dollara killer tutub “Lotu Quli”ni öldürmək istəyirdi... - AUDİOYAZI

Lənkəranski 500 min dollara killer tutub “Lotu Quli”ni öldürmək istəyirdi... -  AUDİOYAZI
14:38 25 Oktyabr 2016
116 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəranskinin qətlində iştirak edən killer öldürüldü (03 May 2017 09:43)
Lənkəranskinin qətlində iştirak edən killer öldürüldü (03 May 2017 09:12)
Lotu Bəxtiyar hansı avtoritetə "imam" deyirdi? - ANONS! ANONS! (25 Mart 2017 15:34)

Bu ilin avqustunda İstanbulda güllələnən məşhur azərbaycanlı kriminal avtoritet, “Rövşən Lənkəranski” ləqəbli Rövşən Canıyevin barışmaz düşməni olan “Lotu Quli”ni (Nadir Səlifov) həbsxanada öldürmək üçün killer tutduğu üzə çıxıb.

Bu plan barədə təkzibolunmaz dəlillər "YouTube" şəbəkəsində yerləşdirilib. “Rövşən Lənkəranski”nin İlqar adlı killeri ilə bir vaxtlar “Lotu Quli”nin yaxın ətrafına daxil olan nüfuzlu kriminal element Hikmət Muxtarov (“Sabirabadlı Hikmət” kimi tanınan mərhum Hikmət Muxtarovla eyni ad-soyadı daşıyır-red) arasında telefon danışıqlarının internetdə yerləşdirilmiş audioyazısından məlum olur ki, bu iş üçün tərəflər 500 min dollara anlaşıblar. Hadisələr 2009-cu ildə cərəyan edib. Həmin ərəfədə “Rövşən Lənkəranski” özü Kiyevdə saxlanılmışdı və onun Azərbaycana deportasiyası gözlənilirdi.

Telefon danışıqlarından məlum olur ki, “Lotu Quli”nin o vaxt cəza çəkdiyi 13 saylı cəzaçəkmə müəssisəsində öldürülməsi planını “Rövşən Lənkəranski”nin klanına daxil olan İlqar adlı şəxs hazırlayıb. O, “Lotu Quli” ilə eyni həbsxanada cəza çəkən Hikmət Muxtarovla hansısa yolla yaxın münasibət qurub. Daha sonra “Lotu Quli”ni həbsxanada öldürmək üçün inanılmış adam tapdığını “Rövşən Lənkəranski”yə çatdırıb. Sonuncu bu təkliflə razılaşıb və məsələnin həllini İlqara həvalə edib.

Telefon danışıqlarından belə məlum olur ki, Hikmət “Lotu Quli”nin klanına mənsub olsa da ondan narazıdır və avtoritetin aradan götürülməsi üçün ona verilmiş sifarişi yerinə yetirməyə hazırdır. Lakin bu işi yerinə yetirmək üçün 500 min dollar haqq istəyib. Anlaşmaya əsasən əvvəlcə pulun 100 min dolları Hikmətə ( o, həbsxanada olduğu üçün ailəsinə) çatdırılmalıydı, qalanını isə sifariş yerinə yetiriləndən sonra almalıydı. Daha sonra şərtlər dəyişib və pulun 300 min dollarını əvvəlcədən vermək məsələsi qoyulub.

“Lotu Quli”nin öldürülməsi məsələsini tərəflər 2009-cu ilin dekabrında baş tutmuş bir neçə telefon danışığında müzakirə ediblər. Həmin vaxt “Rövşən Lənkəranski”nin adamı Rusiyadan Azərbaycana gəlmişdi və həbsxana ilə müntəzəm əlaqə saxlayıb “Lotu Quli”nin aradan götürülməsi ətrafında müzakirələr aparırdı.

Telefon danışıqlarına əsasən Hikmət Muxtarov 13 saylı cəzaçəkmə müəssisəsində “avroremont” kamerada tək qalan “Lotu Quli”ni zəhərləyərək öldürməli idi. Bu məqsədlə o, avtoritetlə yaxınlığından istifadə edib onun kamerasına girməliydi. Belə məlum olur ki, sifarişin şərtlərinə əsasən “Rövşən Lənkəranski” Hikməti öz himayəsinə götürəcəkdi və onun həbsxanadan buraxılması üçün çalışacaqdı.

Telefon danışıqlarında İlqarla Hikmət “Rövşən Lənkəranski”nin Azərbaycana ekstradisiyası və onun “oğru” adından məhrum edildiyi barədə “Ded Xasan”ın çıxardığı hökmdən də danışırlar. Habelə telefon söhbətlərindən birində İlqar “Lotu Quli”nin yaxın adamı, “Oleq Bakinski” kimi tanınan Oleq Krapivini Kiyevdə öldürəcəyi barədə danışır. “Sən bu işi burada həll edlə, mən də onu Kiyevdə o tərəfə yola salım” deyir.

Belə məlum olur ki, İlqar “Lotu Quli”nin öldürülməsi üçün lazım olan məbləğin 300 min dollarını Hikmətin ailəsinə çatdırıb. Lakin hüquq-mühafizə orqanları bu şübhəli pul transferindən xəbər tutub, evdə axtarış aparılıb. Habelə Hikmətin qaldığı “zon”da “şmon” olub. Bu uğursuzluğa baxmayaraq tərəflər yenə də planı müzakirə ediblər və Hikmət sifarişi yerinə yetirəcəyinə tam arxayın edib. Ancaq ona çatacaq məbləğin 100, yaxud 200 min dollarının “Rövşən Lənkəranski” tərəfindən veriləcəyinə tam əmin olmaq istəyib. Ancaq plan baş tutmayıb, çox güman ki, “Lotu Quli”nin həbsxanada ona sui-qəsd hazırlanmasından xəbəri olub və zəhərləmə əməlyyatı alınmayıb.

Telefon söhbətlərindən məlum olur ki, həmin vaxtlar “Lotu Quli” özü də “gec-tez Rövşənin başını yeyəcəyi” haqda danışırmış...

Virtualaz.org həmin telefon danışıqlarını təqdim edir.

P.S. Oxucuların nəzərinə çatdırırıq ki, telefon danışıqlarında tərəflər kriminal jarqonlardan və senzuradan kənar ifadələrdən istifadə edirlər.











virtualaz.orq

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

İlk baxışda anlaşılmayan

24 May 2017 17:58

Roma Papası: “Allahdan Azərbaycan vətəndaşlarının hər birinə xoşbəxtlik və firavanlıq diləyirəm”

24 May 2017 17:57

Məşhur gecə klubunda əylənən qadın kor oldu - VİDEO

24 May 2017 17:57

Roma Papası Azərbaycan Prezidentini təbrik edib

24 May 2017 17:55

NATO sammitinin təhlükəsizliyini qartallar da təmin edəcək

24 May 2017 17:55

Spiker Türkiyə parlamenti üçün yeni bina istədi

24 May 2017 17:53

İslamiadanın qalibinə Türkiyədə 10 min lirə mükafat verilib

24 May 2017 17:52

Bakıda həyatından bezən 2 qadın - VİDEO

24 May 2017 17:52

II Elizabet Prezident İlham Əliyevi təbrik edib

24 May 2017 17:50

ADU-da “Mədəniyyət günəşi” adlı tədbir keçirilib (FOTO)

24 May 2017 17:50

Prezident: İtaliya və Azərbaycan arasındakı səmərəli əlaqələr gələcəkdə daha da dərinləşəcək və şaxələnəcək

24 May 2017 17:50

Yarasalarla bağlı heyrətə düşəcəyiniz MƏLUMAT: insan kimi... - FOTO

24 May 2017 17:48

Məhkəmədə hakim Maşallah Əhmədova xəbərdarlıq edib

24 May 2017 17:47

Praqada “Çexiya və müsəlman ölkələri arasında münasibətlər” mövzusunda konfrans keçirilib

24 May 2017 17:47

"Azərbaycan özünü stabillik adası kimi təqdim etməyi bacardı" - Millət vəkili

24 May 2017 17:47

Türkiyə nəhəngi xorvat ulduza 7 milyon maaş verəcək

24 May 2017 17:47

Maşallah Əhmədov: "Adam kişi olar"

24 May 2017 17:44

Nobel alan musiqiçi tədbirə gəlmədi

24 May 2017 17:44

Tanınmış şair Əkrəm Əylislini təhqir etdi: “Qoduğun yazdığı nəyə lazımdı ki?”

24 May 2017 17:43

Maşallah Əhmədovun İrandan gətirdiyi daşlara baxış keçiriləcək

24 May 2017 17:43

Azərbaycanlı müğənninin şokoladından qurd çıxdı - VİDEO

24 May 2017 17:42

Azərbaycan diaspor rəhbəri İzmirdə bələdiyyə sədri ilə görüşüb

24 May 2017 17:42

Metro istifadəçilərinin NƏZƏRİNƏ!

24 May 2017 17:39

Monteneqro bu tarixdə NATO-nun rəsmi üzvü olacaq - Kremlə ŞOK XƏBƏR

24 May 2017 17:38

Azərbaycan millisinin üzvü "Fənərbağça"ya transfer edildi

24 May 2017 17:37

Sankt-Peterburqda metro stansiyası bağlanıb

24 May 2017 17:36

Yığmamız Avropa çempionatının hazırlığına başlayır

24 May 2017 17:36

Analitiklər istehlak robotları bazarının həcminin 5 qat artımını proqnozlaşdırırlar

24 May 2017 17:35

Proqram təminatında aşkar edilmiş boşluqların sayı 30% yüksəlib

24 May 2017 17:35

“Diplom haqqında arayış” elektron xidməti yeniləndi

24 May 2017 17:35

Əsədin qırıcıları ABŞ-ın bombaladığı hərbi bazaya döndü - FOTOLAR

24 May 2017 17:33

Əl-ələ gəzən prezidentlər və Trampa əks-hücum - MARAQLI ANLAR FOTO/VİDEODA

24 May 2017 17:33

Öldürdüyü şəxsin cəsədini 170 hissəyə ayıran qatilin başını bankada saxlayırlar - FOTO

24 May 2017 17:32

Baş Prokurorluqda Avropa Komissiyası ilə birgə tədbir keçirilib

24 May 2017 17:32

Götzenin qardaşı "Bavariya"yla müqavilə bağladı - RƏSMİ

24 May 2017 17:27

İnstagram-dan daha bir YENİLİK

24 May 2017 17:27

Elnarə Abdullayeva peşman olub: "Nə oldu qudurdun?!"

24 May 2017 17:24

Müharibələrin 10 ən qorxunc tablosu - FOTOLAR

24 May 2017 17:23

Ərəbcə danışan şəxs Atatürkün heykəlinə balta ilə hücum çəkdi

24 May 2017 17:22

Natiq Əliyevdən neftin qiyməti ilə bağlı AÇIQLAMA

24 May 2017 17:22

“Cəlal baba”nın həyat yoldaşı sevgilisi ilə

24 May 2017 17:21

Dahi bəstəkarların heyrətamiz həyat hekayələri – FOTOLAR

24 May 2017 17:18

​Kino çox vacibdir, cənablar!

24 May 2017 17:18

Azerbaijan Fashion Awards mükafatladırılma mərasimi keçiriləcək

24 May 2017 17:17

Messinin 21 aylıq həbs cəzası qüvvədə qaldı - SON DURUM

24 May 2017 17:17

Sabaha olan məzənnə AÇIQLANDI

24 May 2017 17:16

Siyasi ekspert: Əldə edilən uğur və qələbələrimiz növbəti zəfərlərə doğru açılan tramplinlərdir

24 May 2017 17:15

Papa ilə Melaniyanın dialoqu: "Trampa yeməyə nə verirsən?" - VİDEO

24 May 2017 17:13

İncəsənət xadimlərinə 776 min manat verilib

24 May 2017 17:12

Manatın sabaha MƏZƏNNƏSİ

24 May 2017 17:12