Eldəniz Məmmədovla Nisə Qasımova arasındakı QALMAQALA aydınlıq

Eldəniz Məmmədovla Nisə Qasımova arasındakı QALMAQALA aydınlıq
14:39 25 Oktyabr 2016
83 Digər
Ölkə mətbuatı
A- A+

Müğənni Eldəniz Məmmədov xalq artisti Nisə Qasımova ilə yaşanan qalmaqala aydınlıq gətirib. O, Lent.az-a açıqlamasında bildirib ki, sənətkara böyük hörməti və sevgisi var. Məclislərin birinə həmkarı Zemfira İbrahimova ilə gələn Eldəniz Nisə xanımı görmədiyini deyir. Müğənni sənətkarın onları hörmətsizlikdə ittiham etməsi ilə razı olmadığını bildirir: “Məclislərdə o qədər adam olur ki... Birini görərsən, birini görməyə bilərsən. Axı biz də insanıq, fikirli ola bilərik. Nisə xanımı görüb salamlaşmamaq həyatı boyu ola bilməz. Çünki mən o sənətkarı çox sevirəm, dəfələrlə verilişində olmuşam, hər zaman hörmətlə görüşmüşük. Biz Nisə xanımı görməmişik və buna görə üzr istəyirəm. İndiyədək heç kim mənim kiməsə hörmətsizlik etdiyimi deyə bilməz. ”.

 

Xatırladaq ki, xalq artisti Nisə Qasımova məclislərin birində müğənni Eldəniz və Zemfira ilə qarşılaşdığını və onu görüb özlərini görməzliyə vurduqlarını iddia edir. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257585

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR