Bakıda gənc rəssamların gələcəyinə hesablanmış addım - FOTO

Bakıda gənc rəssamların gələcəyinə hesablanmış addım - FOTO
14:42 25 Oktyabr 2016
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Konstitusiya Araşdırmalar Fondu və  MitOst Assosiasiyasının həyata keçirdiyi "İnkişaf Zamanı proqramı - İncəsənət Sosial Dəyişikliklər üçün" layihəsi çərçivəsində "Park Bulvar" ticarət və əyləncə mərkəzində gənc rəssamların sərgisi nümayiş etdirilib.

Milli.Az xəbər verir ki, layihə valideynlərin təkidi ilə fərqli ixtisaslara yönələn gənclərin həyat hekayələrini qələmə almış və bu hekayələr gənc rəssamların yaratdıqları "Street art" nümunələrinə çevrilmişdir.
 

Layihənin keçirilməsində məqsəd istedadlı yeniyetmələrin müstəqil ixtisas seçimini təbliğ edərək gələcəkdə ixtisaslı kadrların yetişdirilməsi istiqamətində maarifləndirici işlər görmək və insanlara cəmiyyətin formalaşmasında incəsənətin rolunun vacibliyinı ötürməkdir.

Sərgi izləyicilər tərəfindən böyük marağa səbəb olub və bu tipli maarifləndimə tədbirlərin davam etdiyilməsi zərurəti vurğulanıb.

Layihə üzvləri 528 nəfər gənc (212 kişi və 316 qadın) arasında sorğu keçirib. Sorğu iştirakçılarının ən gəncinin 19, ən yaşlısının isə 46 yaşı vardır. Ümumiyyətlə isə sorğu iştirakçılarıın orta yaş həddi 22-24 yaşdır.

Respondentlər arasında 351 nəfər çalışır ki, onlarında da 189 nəfəri, yəni 53,8%-i öz ixtisasına uyğun olmayan sahələrdə fəaliyyət göstərir.

Zərif Nisə

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/482983.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR