Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Nazpəri Dostəliyevanın bağ evi - fotolar

Nazpəri Dostəliyevanın bağ evi -  fotolar

Date: 25 October 2016 14:46

Xalq artisti Nazpəri Dostəliyeva “Evdəkilərə salam” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, aparıcılığını Aytəkin Mərdanovanın etdiyi proqramın çəkilişi müğənninin bağ evində aparılıb.

İfaçı küsülü olduğu deyilən bacısı Zeynəb Dostəliyeva ilə münasibətlərindən danışıb. O bildirib ki, bacısıyla arası yaxşıdır.

Z.Dostəliyeva bacısıyla tez-tez görüşdüyünü söyləyib:

“Hər gün bacımla bağdayıq. Boş vaxt tapan kimi Nazpəri xanım bizi bağa gətirir. Hərdən ondan incimişəm. Uman yerindən küsürlər. Sözüm olanda çaşıb efirdən deyirəm. Çox adam elə bilir ki, aramız pisdir, amma elə deyil”.

N.Dostəliyeva mətbəxinə yad insan buraxmadığını açıqlayıb:

“Övladlarımın yeməyini heç kimə etibar etmirəm. 1998-ci ildən yeməyi özüm bişirir, mətbəximə yad adam buraxmıram. Biz hansı sahədə çalışsaq da, ailədə xanım, anayıq. Xanım mətbəxini heç kimə etibar etməməlidir”.












Tags:  Nazpəri Dostəliyevanın bağ evi fotolar

RƏYLƏR


Top news