Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Bakıda DYP-yə məxsus avtomobil qəzaya uğrayıb

Bakıda DYP-yə məxsus avtomobil qəzaya uğrayıb

Təyyarə yerə düşdü: hamı sağ qaldı (20 Mart 2017 20:59)
Sərnişin təyyarəsi qəzaya uğradı, 44 ölü var (20 Mart 2017 19:18)
Göyərtəsində 44 sərnişin olan təyyarə qəzaya uğradı (20 Mart 2017 18:33)

Tarix: 25 Oktyabr 2016 14:47

Bakı. 25 oktyabr. REPORT.AZ/ Bakıda zəncirvari qəza baş verib. 
"Report"un xəbərinə görə, hadisə zamanı biri Dövlət Yol Polisinə məxsus olmaqla 4 avtomobil toqquşub.
Belə ki, Yasamal rayonu ərazisində, Abdulvəhab Salamzadə küçəsindən üzü "Qələbə" meydanına doğru hərəkət edən "Nissan Armada" markalı avtomobilin qarşısına piyada çıxıb. Qəfil əyləcdən istifadə edən "Nissan" markalı avtomobilin arxası ilə hərəkət edən "Hyundai Sonata", "Hyundai ix35" və Yasamal Rayon Dövlət Yol Polis İdarəsinə (DYPİ) məxsus "BMW" markalı avtomobil bir-birinə çırpılıb.
Yasamal Rayon DYPİ-yə məxsus avtomobilin sürücüsü idarə etdiyi xidməti avtomobillə ərazini tərk edib.
Qəza zamanı xəsarət alan olmayıb. Amma hər 4 avtomobilə maddi ziyan dəyib
Əraziyə Yol Patrul Xidmətinin (YPX) əməkdaşları cəlb edilib. 

Teqlər:  Bakıda DYP-yə məxsus avtomobil qəzaya uğrayıb



RƏYLƏR


Top xəbərlər