“Twitter” kütləvi ixtisarlara hazırlaşır

“Twitter” kütləvi ixtisarlara hazırlaşır
14:52 25 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 25 oktyabr. REPORT.AZ/ Bu həftə “Twitter” mikrobloqunun sahibi “Twitter Inc.” şirkəti neqativ maliyyə göstəriciləri fonunda əməkdaşlarını kütləvi şəkildə işdən çıxaracağını elan edəcək.
“Report” xəbər verir ki, “Bloomberg” agentliyinin hesablamasına əsasən, söhbət 8%-in, yəni 300 nəfərin işdən çıxarılmasından gedə bilər. Lakin mənbələrin bildirdiyinə görə, hələlik ixtisar olunacaq işçilərin sayı barədə yekun qərar verilməyib. Şirkətin mətbuat xidməti isə ixtisarla bağlı xəbəri şərh etməkdən imtina edib.
Bir il öncə də bu qədər əməkdaş ixtisar olunub. Ayın 27-də şirkətin III rübün mənfəəti ilə bağlı rəqəmi açıqlayacağı gözlənilir.
Qeyd edək ki, şirkətin ötən il xalis zərəri yarım milyard dollardan çox olub. 

Xəbərin orijinal ünvanı: http://report.az/i-kt/twitter-kutlevi-ixtisarlara-hazirlasir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR