Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dekabrda dolların bahalaşacağı dəqiqləşir

Dekabrda dolların bahalaşacağı dəqiqləşir

Date: 25 October 2016 14:53

ABŞ Mərkəzi Bankının (FED) Çikaqo şöbəsinin rəhbəri Çarlz Evans faizləri artırmaq üçün inflyasiyanın irəliləyişinin əsas götürülməli olduğunu bəyan edib.

Publika.az xəbər verir ki, Evans Çikaqoda çıxışında FED-in inflyasiya hədəfinə çatmaq üçün faizləri aşağı saxlamaq məcburiyyətində qalacağına işarə edib: "FED davamlı qiymət sabitliyinə (2%-lik inflyasiyaya) gecikmədən çatmaq üçün əzmkarlıq göstərməlidir”.

O bildirib ki, faiz artımları inflyasiyanın yüksəlməsinə görə nizamlanmalıdır. Evans eyni zamanda qısamüddətli iqtisadi mənzərənin nisbətən yaxşı olduğunu da dilə gətirib.

FED-in Sankt-Luis şöbəsinin sədri Ceyms Bullard faizlərə dair açıqlamasında “Hələlik bir dəfə faiz artımına ehtiyac var”, - deyə bildirib. Bullard qarşıdakı 2-3 ildə faiz nisbətlərinin aşağı qalacağını deyib. ABŞ xəzinə istiqraz vərəqələrinin faizlərinin çox aşağı olduğunu və yaxın zamanda qalxacağını düşünmədiyini bildirən Bullard inflyasiyanın 2% səviyyəsinə çatacağını qeyd edib.

Bullard faiz artımının zamanla əlaqədar olmasına dair açıqlama verməyib. Müddətli müqavilələr bu il faiz artımı ehtimalını 71% göstərir.

İqtisadiyyat şöbəsi


Tags:  Dekabrda dolların bahalaşacağı dəqiqləşir

RƏYLƏR


Top news