"Oğlumun gözü, burnu mənə oxşayır" - Kərim

"Oğlumun gözü, burnu mənə oxşayır" -  Kərim
15:01 25 Oktyabr 2016
98 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Kərim Abbasov "ARB Ulduz"da yayımlanan "Şou məkan" verilişinə yenidən duet hazırladığını deyib.

Axşam.az-ın məlumatına görə, sənətçi növbəti duet ortağının əməkdar artist Mətanət İsgəndərli olduğunu söyləyib:

“Çox xoşbəxt sənətçiyəm ki, heç kimdən “yox” cavabı almıram. Duet təklif etdiklərimin hamısı mənə sevə-sevə “ hə” deyir. Alim Qasımovdan sonra Mətanət İsgəndərli ilə duetimi təqdim edəcəm. Yeddi-səkkiz aydır ki, mahnı hazırdır. Sadəcə vaxtını gözləyirəm. Ondan sonra daha böyük bir layihəm olacaq. Siz bilmirsiz ki, mən kiminlə duet oxuyacam. Eşidəndə deyəcəksiz ki, “halal olsun!”. Mən “cukkole, bukkole” mahnılar oxuya bilmirəm. Toyda məcburiyyətindən ifa edirəm. İnsanlar fikirləşməsin ki, Kərim ancaq həzin mahnılar oxuyur".

Bir müddət əvvəl ikinci oğlu dünyaya gələn K.Abbasov həyatının tamam dəyişdiyini söyləyib:

"Allah hamıya qismət etsin. Atalıq hissi gözəldir. Mən yuxudan gec oyanmağa öyrəşmişəm. İndi uşağın əlindən nə yata, nə də dura bilirəm. Allah bizi çox sevir. Bundan sonra dörd-beş uşaq istəyirəm. Arada İnstaqram səhifəmdə uşağın ancaq yarımçıq şəkillərini paylaşıram. Deyirəm, birdən gözə gələr. Gözü, burnu mənə oxşayır, ağızdan aşağısı isə anasına bənzəyir”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=59874

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR