Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan Daşkənddə keçirilən festivalda iştirak edib

Azərbaycan Daşkənddə keçirilən festivalda iştirak edib

Date: 25 October 2016 15:07

Bakı. 25 oktyabr. REPORT.AZ/ Daşkənddə fəaliyyət göstərən ingilisdilli Amerika Beynəlxalq Məktəbində xalqların mədəniyyəti və mətbəxi festivalı keçirilib.
Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzindən "Report"a verilən məlumata görə, tədbirdə Azərbaycan da iştirak edib.
Azərbaycan üçün ayrılmış guşədə dövlət atributları, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin iqtisadi inkişafı və ölkə barədə rus və ingilis dillərində nəşrlər, Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı əsərlər, həmçinin müxtəlif jurnallar nümayiş etdirilib.
Azərbaycana aid guşəyə gələn ziyarətçilərə ölkə haqqında bukletlər hədiyyə olunub, Azərbaycan mətbəxinin bir sıra şirniyyatlarına qonaq ediliblər. 
Sərgidə Azərbaycanın Qarabağ regionun milli qadın geyimləri, qədim məişət əşyaları, həmçinin tar, kamança, saz, qaval, nağara və suvenirlər nümayiş etdirilib. 
Festivalda Azərbaycanının mədəniyyəti, tarixi ilə əlaqədar videoçarx da təqdim olunub. 



Tags:  Azərbaycan Daşkənddə keçirilən festivalda iştirak edib

RƏYLƏR


Top news