Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Eldəniz Məmmədov Nisə Qasımovadan ÜZR İSTƏDİ

Eldəniz Məmmədov Nisə Qasımovadan ÜZR İSTƏDİ

Date: 25 October 2016 15:18

Müğənni Eldəniz Məmmədov xalq artisti Nisə Qasımova ilə yaşanan qalmaqala aydınlıq gətirib.

Publika.az xəbər verir ki, E.Məmmədov sənətkara böyük hörməti və sevgisi olduğunu deyib. Məclislərin birinə həmkarı Zemfira İbrahimova ilə gələn Eldəniz Nisə xanımı görmədiyini deyir. Müğənni sənətkarın onları hörmətsizlikdə ittiham etməsi ilə razı olmadığını bildirir: “Məclislərdə o qədər adam olur ki... Birini görərsən, birini görməyə bilərsən. Axı biz də insanıq, fikirli ola bilərik. Nisə xanımı görüb salamlaşmamaq həyatı boyu ola bilməz. Çünki mən o sənətkarı çox sevirəm, dəfələrlə verilişində olmuşam, hər zaman hörmətlə görüşmüşük. Əgər biz Nisə xanımı görməmişiksə, üzr istəyirəm. Biz həqiqətən də onu görməmişik. İndiyədək heç kim mənim kiməsə hörmətsizlik etdiyimi deyə bilməz”.

Xatırladaq ki, xalq artisti Nisə Qasımova məclislərin birində müğənni Eldəniz və Zemfira ilə qarşılaşdığını və onu görüb özlərini görməzliyə vurduqlarını iddia edir.

Cəvahir


Tags:  Eldəniz Məmmədov Nisə Qasımovadan ÜZR İSTƏDİ

RƏYLƏR


Top news