Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Amerikalı həmsədr: “Azərbaycanlılarla ermənilər birgə yaşayacaqlar”

Amerikalı həmsədr: “Azərbaycanlılarla ermənilər birgə yaşayacaqlar”

Amerikalı həmsədr Riçard Hoqland Azərbaycana gəlib (10 Mart 2017 16:38)
Amerikalı həmsədr Azərbaycana səfər edəcək (07 Mart 2017 16:17)
ATƏT MQ-nin amerikalı həmsədri Azərbaycana gələcək (07 Mart 2017 15:37)

Tarix: 25 Oktyabr 2016 15:18

“Qarabağda aprel faciəsində çox qurban oldu, lakin heç bir tərəf başqasını ittiham etməməlidir”.

Publika.az
xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bu gün İrəvanda keçirdiyi mətbuat kofnransında deyib.

Onun sözlərinə görə, aprel döyüşləri sülh danışıqlarının böyük əhəmiyyətə malik olduğunu göstərir: “Aprel hadisələrindən sonra təmas xəttində vəziyyət nisbətən sakitdir. Bu, danışıqlar üçün əhəmiyyətli əsasdır. Hansı ki, biz bu danışıqlara təşəbbüs etmək istəyirik. Düşünürük ki, atəşkəsə riayət etmək haqqında qərara hörmət ediləcək”.

Amerikalı həmsədr təmas xəttində müşahidə olunan stabilliyin prezidentlərin razılığının nəticəsi olduğunu bildirib.

“Əminəm ki, ATƏT sədrinin şəxsi nümayəndəsinin missiyasının genişləndirilməsi istiqamətində də əhəmiyyətli addımlar atılacaq”, - deyə o bildirib.

Uorlik münaqişənin həlli istiqamətində səylərini artırdıqlarını vurğulayıb: “İnanırıq ki, gün gələcək, azərbaycanlılarla ermənilər birgə yaşayacaqlar. Azərbaycanda və Ermənistanda insanların sülh və sabitlik şəraitində yaşaması mənim arzumdur”.

Asif


Teqlər:  Amerikalı həmsədr Azərbaycanlılarla ermənilər birgə yaşayacaqlar



RƏYLƏR


Top xəbərlər