“Maynts”ın “Qəbələ” ilə oyun üçün planı

“Maynts”ın “Qəbələ” ilə oyun üçün planı
15:22 25 Oktyabr 2016
44 İdman
Ölkə mətbuatı
A- A+

"Şalke"yə məğlubiyyət əhvalımızı korladı".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri "Maynts" klubunun marketinq direktoru Daq Heydeker deyib.

Almaniya mətbuatına açıqlama verən Bundesliqa təmsilçisinin rəsmisi maraqlı fikirlər səsləndirib. O, "Maynts"ın ev oyunlarını tribunadan izləyən azarkeşlərin sayının onları qane etmədiyini bildirib.
 
Heydekerin sözlərinə görə, biabırçı məğlubiyyətlər azarkeşləri küsdürür: "Bu cür nəticələr insanı əsəbləşdirir. Amma buna gətirib çıxaran kiçik məqamlar var. Fikrim təkcə Bundesliqa yox, Avropa Liqasına da aiddir. Paralel olaraq, həmin turnirdə də mübarizə aparırıq. Uğursuz nəticə olanda azarkeş komandadan küsür".
 
Heydeker əlavə edib ki, Avroliqanın qrup mərhələsi çərçivəsində "Opel Arena"da keçirəcəkləri son ev oyununa, yəni "Qəbələ" ilə matça daha çox azarkeş cəlb etmək fikrindədirlər: "Anderlext"lə matça 21 min 317 azarkeş gəlmişdi ki, bunu əla göstərici saymıram. Bundesliqada isə hər ev oyunumuzu orta hesabla 27 min 556 azarkeş izləyir. Müxtəlif variantları nəzərdən keçiririk. Əlimizdən gələni edirik ki, Avropa Liqasının qrup mərhələsində keçirəcəyimiz son oyuna daha çox azarkeş gəlsin. Bunun üçün var gücümüzlə çalışırıq".
 
Qeyd edək ki, "Maynts" "Qəbələ"ni dekabrın 8-də qəbul edəcək. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/482960.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR