Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Türkiyədə ev alan Azərbaycan vətəndaşlarının sayı azalıb

Türkiyədə ev alan Azərbaycan vətəndaşlarının sayı azalıb

Date: 25 October 2016 15:27

Bu ilin sentyabr ayında xarici ölkə vətəndaşları Türkiyədən 1299 mənzil alıblar.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyə Statistika Müəssisəsi məlumat yayıb.

Rəqəmlərin müqayisəsi göstərir ki, ötən ilin sentyabr ayı ilə müqayisədə ötən ay Türkiyədə ev alan əcnəbilərin sayı 27,23% azalıb.

Məlumata əsasən, Türkiyədə ev alan əcnəbilər arasında İraq, Səudiyyə Ərəbistanı, Rusiya, Küveyt, İngiltərə, Əfqanıstan, Almaniya, İran, Ukrayna və Azərbaycan vətəndaşları üstünlük təşkil edib. Belə ki, İraq vətəndaşları Türkiyədən 230, Səudiyyə Ərəbistanı vətəndaşları 140, Rusiya vətəndaşları 99, Küveyt vətəndaşları 85, İngiltərə vətəndaşları 84, Əfqanıstan vətəndaşları 64, Almaniya vətəndaşları 61, İran 42, Ukrayna 42 mənzil alıb.

Türkiyədən ev alanların siyahısında 14-cü yerdə Azərbaycan qərarlaşıb. Sentyabr ayında həmvətənlərimiz qardaş ölkədən 37 mənzil alıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 33,93% azdır. Ümumiyyətlə bu ilin yanvar-sentyabr aylarında Azərbaycan vətəndaşları Türkiyədə 465 mənzilə sahiblik hüququ əldə edib. Bu, ötən ilin 9 ayı ilə müqayisədə 103 mənzil və ya 18,13% azdır.

Milli.Az


Tags:  Türkiyədə ev alan Azərbaycan vətəndaşlarının sayı azalıb

RƏYLƏR


Top news