Futbol federasiyasına ağır cəza - 220 min ödəyəcək

Futbol federasiyasına ağır cəza - 220 min ödəyəcək
15:33 25 Oktyabr 2016
33 İdman
Ölkə mətbuatı
A- A+

FİFA İspaniya Kral Futbol Federasiyasını cəzalandırıb.

Publika.az xəbər verir ki, FİFA federasiyanı beynəlxalq transferlər və 18 yaşa çatmamış futbolçuların keçidi zamanı yol verilən nöqsanlara görə cəzalandırıb. İspaniya 220 min İsveçrə frankı cərimə ödəməli olacaq.

FİFA İspaniya Kral Futbol Federasiyasına töhmət verib və xəbərdarlıq edib. Federasiya rəhbərliyinə qanun pozuntularını nizamlamaq üçün 6 ay vaxt verilib.

Bu müddət ərzində 18 yaşa çatmamış futbolçuların keçidi üçün yeni sistem tətbiq edilməlidir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/173472.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR