Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Toğrul Əsgərova uduzan idmançı toxunulmaz qaldı

Toğrul Əsgərova uduzan idmançı toxunulmaz qaldı

Date: 25 October 2016 15:37

Beynəlxalq Olimpiya Komitəsi London Yay Olimpiya Oyunlarının mükafatçısı Besik Kudoxu medaldan məhrum etməyəcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu Dünya Güləş Birliyi Avropa Şurasının vitse-prezidenti və Rusiya Güləş Federasiyasının I vitse-prezidenti Georgi Bryusov açıqlayıb.

O bildirib ki, 2013-cü ildə avtomobil qəzasında dünyasını dəyişən güləşçinin dopinqdən istifadəsi ilə bağlı araşdırmalara son verilib. Bununla da Londonda finalda Azərbaycan pəhləvanı Toğrul Əsgərova uduzan rusiyalının medalı toxunulmaz qalacaq.
 
Qeyd edək ki, bir qədər öncə Kuduxovun gümüş medalının Yoqeşvar Datta veriləcəyi açıqlanmışdı. Hindistanlı idmançı isə bundan rəsmən imtina etmişdi. Bu rəsmiləşsəydi, KXDR idmançısı Li Çjon-Me də "bürünc"ə sahib çıxacaqdı.

Milli.Az


Tags:  Toğrul Əsgərova uduzan idmançı toxunulmaz qaldı

RƏYLƏR


Top news