İslami mesajlar verən sovet filmi – ARAŞDIRMA

İslami mesajlar verən sovet filmi – ARAŞDIRMA
15:38 25 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

SSRİ dönəmində incəsənət nümunələrimizdə milli, dini elementlərin axtarışı çox adama yersiz görünür. Çünki təxminən 70 illik müddət ərzində bir neçə müstəvidə belə məqamlara qarşı hakimiyyət səviyyəsində ciddi mübarizə aparılıb; görk olaraq 1930-cu illərdə müxtəlif ölkələrdə ziyalılar sürgün edilib, güllələnib və toplumlar vahid ideologiya altında birləşdirilib. Daha sonralar ədəbiyyatda, filmdə cücərmək istəyən milli, dini, əks-ideoloji istəklər də senzura vasitəsilə beşikdəcə boğulub.

Arif Babayev

Sovet “qılıncının iki tərəfi də kəsdiyi” bir dönəmdə – 1975-ci ildə çəkilmiş bir filmdə açıq-aşkar dini motivlər, Allaha, cənnətə, göndərmələr ilk baxışdan inandırıcı görünmür. Ən təccüblüsü isə üstündən 40 il ötməsinə baxmayaraq bu gün də həmin filmin batini simasını üzə çıxaran bir fikir söylənməyib. Söhbət 1975-ci ildə kinorejissor Arif Babayevin quruluş verdiyi, ssenarisi Alla Axudovaya məxsus “Alma almaya bənzər” filmindən gedir. Əslində bu film heç sovet Azərbaycanı filmləri silsiləsində öndə gedən filmlərdən də sayılmır. Çünki sovet adamı o qədər reallıqla çulğalanmışdı ki, onun qarşısına alternativ cərəyanlara aid ciddi sənət nümunəsi

Alla Axundova

çıxsa belə ona ağız büzüb keçirdi. Ortadoksal sovet tamaşaçısın ağız büzdüyü filmlərdən olub “Alma Almaya bənzər”. Hansı ki, 40 il bundan əvvəl büzülən o ağzılar hələ də formasını dəyişməyib, bu gün də dünya kinosundan danışan, filmdə göndərmə, eyham dəlisi olan müasir kinotənqidçilər də bu filmdə heç bir ciddi məqam yaxalaya bilməyib və beləcə “Alma almaya bənzər” filmi hələ də layiqli qiymətini almadan kənarda gözləyir.

Hər şey kəndin adı – Cənnətməkan və buradan çıxan alma ilə başlayır. Cənnət və alma əslində çox şeyi deyir.
“Ne kurit, ne sorit” lövhəsinin düz yanında oturub siqaret tüsdülədən iki nəfər əslində cənnətin qadağasını pozan insan övladına işarədir. Özü də bu hadisə kənddə “duz çörək Həsən” kimi tanınan şəxsin idarəsində.
Cənnətməkan kəndi və “duz çörək Həsən”…
Cənnətməkandan ayrılan sürücü Qurban və onunla yol yoldaşı olan Mədinə…
Titrlərdə qeyd olunur: “Duz çörək qurbanı”.
Filmin sujet xətti hər kəsə bəllidir; bu yazı SSRİ senzuraçıların gözündən pərdə asmaq üçün düşünülən sujet xətti, yəni, filmin səthi mənası deyil, onun batini ifadəsi haqqındadır.

alma

Cənnətməkandan ayrılan sürücüyə “duz çörək” Həsən deyir ki, “2 dənə almaya görə duz çörəyi tapdamayacaqsan ki”. Necə ki, cənnətdə Adəm almanı tapdayıb

buğdanı, dolayısı yola çörəyi seçmişdi. Beləcə “bu dünyaya”, yəni rayona yola düşən sürücü özüylə bərabər almanı da bura gətirir. Alma da nə alma, tumsuz alma. (“İxlas” surəsində Allahın təsviri: “O, nə doğmuş, nə də doğulmuşdur”.)
Alma rayona çatan kimi bazarda hər şey ədalətlə həll olunmağa başlayır. Bazarın sahibi satıcılardan birindən soruşur ki, “Manat yarımlıq almanı niyə 50 qəpiyə satırsan?” Satıcı cavab verir: “özüm də bilmirəm bu nə möcüzədir, manat yarım demək istəyirəm, ağzımdan 50 qəpik çıxır”.
Hansı ki, almanın real qiyməti bazarda 50 qəpik olmalıdır. Tumzus alma bazara gələn kimi şişirdilmiş qiymət möcüzəli şəkildə əriyir.
Elə həmin satıcının 7 qızı var, arvadı 8-ci uşağın ağrısı ilə xəstəxanaya aparılır. 7 qız atasına bu xəbəri anası çatdırır: “Muğayat ol ha, birdən gülməşəkərin yenə qız doğar səninçün”. Bu zaman kişi göyə baxarq deyir: “Axı mənim əlimdən nə gələr?”.
Bəs görəsən bu kişinin qızlarının sayı niyə 7-dir?
7 müqəddəs rəqəm sayılır. İlahi təsvvürlərdə göstərilir ki, Allah dünyanı 6 günə yaradıb, 7-ci gün boşluqdur. 8-ci gün isə əksər mədəniyyətlərdə yeni gün, yeni mərhələ kimi qəbul olunur. Hamilə qadın möcüzəvi almanı yedikdən sonra 8-ci uşağı oğlan doğulur.
Yoldaşının doğmasını gözləyən kişiləri göstərən kadrda, arxa fonda saat 8-dir, 9-a işləyib. Doğuşu gözləyən atalardan biri dillənir:
“- Bu haqq hesab uzun çəkir?”
8-ci uşağı doğulacaq kişi cavab verir:
“ – O daha bizdən asıllı deyil”.
Rejissor filmin birinci qatında onu deyir ki, yəni doğan qadındır, kişilərdən heç nə asıllı deyil. Amma səhnənin alt qatında ciddi mesaj var: “8-ci günün, yeniliyin doğuluşu insan iradəsindənalma-2 kənardır”.
Filmdəki orta məktəb müəllimi (Aişə rolunda İnarə Quliyeva) ortodoksal sovet vətəndaşıdır – materialist təfəkkürlü, görmədiyinə inanmayan bir adam. Müəllim qaydalarla hər şeyin izahını verir. Ancaq toxumsuz alma bu izahı məhv edir. Yəni hər şeyin qaydalarla tənzimlənmədiyini göstərir. KƏRİMovun yediyi almadan toxum çıxmadıqda, əvvəlcə müəllim əsəbiləşir sonra heyrətlə əlavə edir: “Toxumsuz almalar olduğunu eşitmişdim, amma gözümlə görməmişdim”.
Filmdə əsl həngamə möcüzəvi alma alimə təqdim ediləndə baş verir. Vasvası sovet aliminin timsalında materializmin bəsit nümayəndələri, elmdən kənarda heç bir şübhə saxlamayan insanlar ifşa olunur. Filmdə alim almanın toxumsuz olduğunun fərqinə belə varmır. Materializmin bariz nümayəndəsi kimi möcüzədən yan keçib almanın qurdu ilə maraqlanır; “Hanı qurd, qurd hanı? Bizə qurd lazımdır”.
Alim tumsuz almanı şirəçəkən aparata atıb suyunu çıxarır: “99 faiz şirə, bir faiz tullantı”. (“Əraf” surəsi, 180-cı ayə. «Allah-Təalanın 100-dən bir əskik, yəni 99 adı vardır .)
Sonra alim kombinatın həyətinə boşaldılan tonlarla almanı göstərib deyir: “Baxın, bunlar da almadır? 60%-i tullantıdır. Yük olub qalıb boynumuzda. Bu elə bir səhradır ki, heç üfüqündə də keçici bayraq görünmür”.
Bezdirici alimdən boğaza yığılan ixtiraçı Nadir baba (Hüseynağa Sadıqov) və Mehdi (Fazil Salayev) yenidən kəndə qayıdır. Yolda dincələn zaman Mehdi gileylənir: “Biri toxum istəyir, biri alma qurdu istəyir… Biri sıxıb suyunu çıxarır. Bəs alma, alma heç kəsə lazım deyil?!” – deyib əllərini göyə açır. Növbəti planda buludlu səma, buludların arasında günəş görünür.
Filmin növbəti səhnələrində cənnətə qayıdış çox maraqlı simvol, kodlarla təqdim olunur.
Filmdə orijinalıqla təsvir olunan məqamlardan biri də cənnətdən ayrı düşən insan övladının ilk vətənin xiffətini çəkməsi, xatirələrin həmişə reallıqdan daha gözəl olması maraqlı dialoq üzərində a-3göstərilməsidir. Məsələn

Cənnətməkanda Qurbanla Mədinə arasında belə dialoq olur:

“- Yaman çərənləyirsən ha!
– Niyə, ərə getməmişəm deyə səsimi də əlimdən alan deyilsiz ki?”
Amma sonradan Qurban bu dialoqu xatırlayarkən vulqar sözlər dialoqdan çıxır, ifadələr daha gözəl sözlərlə xatırlanır:
“-Çox danışırsan ha!
– Niyə danışmayım, elçi qabağına çıxmamışam ki, lal dinməz oturum”.
Əslində filmdəki adlara da diqqət etsək çox şey aydın olur: Qurban (Həsən Məmmədov), Aişə, Mehdi, Mədinə (Səfurə İbrahimova), KƏRİMov (Cəmil Quliyev), Mə(həm)mmədəli (Hacıbaba Bağırov) və s.
İlk kadrdan sona qədər partlamamış minaya bənzəyən bu filmin adı da Allah bilir nədən xəbər verir: Alma almaya bənzər. Bəlkə də müəllif bununla hürufilərin “ənəlhəq”inə işarə edir, bütün insanların üzündə allahın təcəlla etdiyini önə çəkir; bütün almalar bir birinə bənzəyir, amma sadəcə bənzəyir.

(A24.az)

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Çində 100-dən çox insan torpaq sürüşməsinin dağıntıları altında qalıb

24 İyun 2017 05:52

Təsadüfi şəkiliş - Maralların davası - VİDEO

24 İyun 2017 05:48

Fransanın Beynəlxalq Münasibətlər və Strateğiyalar İnstitutunun alimi: "Ermənistan Azərbaycan torpaqlarını işğal edib"

24 İyun 2017 05:37

Gənc centlmenin mənzili - FOTO

24 İyun 2017 05:32

Venesuelada parlamentə hücum - yaralılar var

24 İyun 2017 05:19

Venesuelada parlamentinin binasına hücum: 4 yaralı

24 İyun 2017 05:08

Venesuelada parlamentin binasına hücum olub

24 İyun 2017 05:07

Makiyaj edən oğlanlar - FOTOLAR

24 İyun 2017 04:53

İki yaşlı körpə dərmandan zəhərləndi

24 İyun 2017 04:39

Məşhurlaşan fotoqrafın əsərləri - FOTO

24 İyun 2017 04:32

Berluskoni: "Trampla müqayisədə onun xanımını daha çox bəyənirəm"

24 İyun 2017 04:12

Türkiyə XİN-i Pakistanda baş verən terror aktını pisləyib

24 İyun 2017 04:08

Məkkədə terror aktının qarşısı alındı

24 İyun 2017 03:53

Bakıda avtomobil yeniyetməni vurub

24 İyun 2017 03:42

“Qalatasaray” azarkeşlərinə şad xəbər

24 İyun 2017 03:34

Sevgini çəkən insan - FOTO

24 İyun 2017 03:32

ABŞ-da "F-16" qəzaya uğrayıb -

24 İyun 2017 03:31

Emmanüel Linkon: "Azərbaycanın sürətli inkişafı Yeni İpək Yolu" layihəsində rolunu əhəmiyyətli dərəcədə artırır"

24 İyun 2017 03:12

Gürcüstanda 31 yaşlı azərbaycanlı nazir müşaviri oldu

24 İyun 2017 02:49

Hindistanda Tramp kəndi

24 İyun 2017 02:48

Səudiyyə Ərəbistanında terrorçuların hücumununun qarşısını alınıb

24 İyun 2017 02:43

Astroloji proqnoz -

24 İyun 2017 02:40

Fotolara bənzəyən rəsmlər - FOTO

24 İyun 2017 02:32

Məkkədə terrorçu-kamikadze “Əl-Haram” məscidini partlatmaq istəyib

24 İyun 2017 02:29

İranın təhlükəsizlik qüvvələri terror qruplaşmasını zərərsizləşdirib

24 İyun 2017 02:17

Çaylarda su artdı, Gorançay daşdı

24 İyun 2017 01:58

Gürcüstanın baş naziri bu ölkədə yaşayan müsəlmanlar üçün iftar süfrəsi təşkil edib

24 İyun 2017 01:57

Hindistanda Trampın şərəfinə kənd adlandırılıb

24 İyun 2017 01:55

“Türkiyə Dağlıq Qarabağ məsələsində Azərbaycanla eyni mövqedən çıxış edir”

24 İyun 2017 01:54

SOCAR Gürcüstandakı öhdəliklərini vaxtında yerinə yetirəcək

24 İyun 2017 01:42

1930-cu illərin çılğın, qara-ağ Londonu - FOTO

24 İyun 2017 01:32

Kəbədə həyata keçirilməsi planlaşdırılan terror aktlarının qarşısı alınıb

24 İyun 2017 01:28

Diqqətsiz qalan 2 yaşlı körpə ağcaqanad dərmanı içib zəhərləndi

24 İyun 2017 01:18

Ərdoğan: "Türkiyə Dağlıq Qarabağ məsələsində Azərbaycanla eyni mövqedən çıxış edir"

24 İyun 2017 01:02

Mingəçevirdə iki ailə arasında kütləvi dava düşdü

24 İyun 2017 00:58

"Arsenal" fransız futbolçuya görə 44 milyonundan keçməyə hazırdır

24 İyun 2017 00:58

“SOCAR Energy Georgia” MMC-nin baş direktoru Gürcüstanda yanacağın qiymətinin dəyişməsinə aydınlıq gətirib

24 İyun 2017 00:52

Bakıda təcili yardım maşını aşıb:

24 İyun 2017 00:45

Lənkəranda zəlzələ oldu

24 İyun 2017 00:43

Ərdoğan: "Türkiyə İslam dünyasında sülhün bərqərar olmasına çalışır"

24 İyun 2017 00:42

Pakistanda 2 partlayışda 37 nəfər ölüb

24 İyun 2017 00:36

Lənkəranda zəlzələ

24 İyun 2017 00:34

Rejissor Kənan Mahmudovun həyat yoldaşı dəyişib belə oldu - FOTO

24 İyun 2017 00:33

Goranboyda avtomobil piyadanı vurub

24 İyun 2017 00:32

Lənkəranda zəlzələ olub

24 İyun 2017 00:32

Lənkəranda zəlzələ baş verib

24 İyun 2017 00:28

Avtomobil 59 yaşlı kişini vurub qaçdı - Tovuzda

24 İyun 2017 00:24

Tovuzda avtomobil piyadanı vuraraq hadisə yerindən qaçıb

24 İyun 2017 00:22

Bakıda təcili yardım maşını aşdı - Sürücü... - FOTOLAR

24 İyun 2017 00:18

Astroloji proqnoz - 24 iyun

24 İyun 2017 00:08