Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Atamı, qardaşımı, ərimi itirdim" - xalq artisti

"Atamı, qardaşımı, ərimi itirdim" -  xalq artisti

Date: 25 October 2016 15:41

"Həyat yoldaşım çox sevdiyim Qəzənfər Topçuyev olub. O, mənim dayağım idi. Təəssüflər olsun ki, bizi tərk etdi. Bu mənim üçün çox ağır itki idi".

Axşam.az-ın məlumatına görə, bu sözləri xalq artisti Cənnət Səlimova ARB TV-nin "Ömrün fəsilləri" verilişində deyib. Aktrisa xatirələrini bölüşüb:

"Onun itkisi dəhşətli idi. Ölümü ilə barışa bilmirdim. Həyatımda böyük boşluq yaranmışdı. Amma mənə bu vəziyyətdən çıxmaqda teatr kömək etdi. Atamı, qardaşımı, ərimi itirmişəm. Bütün bunları yaşamaq çox ağırdır. Bunlar elə bir itkilərdir ki, dünyadakı hər kəs bunu yaşayır. Biz doğmalarımızla vidalaşırıq, dəhşətlidir. Barışırıq, çünki həyatın qanunu budur".


Tags:  Atamı qardaşımı ərimi itirdim xalq artisti

RƏYLƏR


Top news