Maksim: "Qurban Qurbanov zarafat qəbul etmir"

Maksim: "Qurban Qurbanov zarafat qəbul etmir"
15:47 25 Oktyabr 2016
46 İdman
Ölkə mətbuatı
A- A+

Çempionluq həll olunsa da...” - Qurban Qurbanov (23 Aprel 2017 20:07)
Qurban Qurbanov mükafatlandırmaya qatılmadı - FOTO (23 Aprel 2017 19:47)
Qurban Qurbanova ağır itki (18 Aprel 2017 09:42)

"Qarabağ"ın müdafiəçisi Maksim Medvedev Rusiyanın məşhur idman nəşri olan sports.ru-ya müsahibə verib.

Milli.Az futbolinfo.az-a istinadən həmin müsahibəni təqdim edir:

- Necə olub ki, siz Bakıda anadan olmusunuz?

- Sovet dönəmində babam Nijni Novqoroddan hərbi xidmətə Bakıya gəlib. O, burada azərbaycanlı-gürcü kökə malik nənəmlə tanış olub. Elə bu üzdən də hərbi xidmətini başa vurandan sonra burada qalmağa qərar verib. Beləcə, Bakıda Medvedevlər nəsli inkişaf etməyə başlayıb. Mənim uşaqlarım artıq dördüncü nəsil bakılı sayılırlar.

- Ailəndə sənin futbol oynamağını dəstəkləyirdilər?

- Xeyr. Valideynlərim bunun qəti əleyhinə idilər. Onlara görə futbol xuliqanların məşğuliyyəti idi. Amma elə uşaqlıqdan pul qazanmağa başladığımı görüncə təəccüblənməyə başladılar. Anam düşünürdü ki, necə olur 10-cu sinifə gedən uşaq futbol oynamaqla pul qazanır? Hətta əvvəlcə bu pulu futbol oynamaqla qazandığıma inanmadı. Lakin adımın qəzet səhifələrində yer aldığını görəndən sonra başa düşdü ki, mən onları aldatmıram (gülür).

- "Qarabağ"da 16 yaşında debüt etmisən. Böyük futbola uyğunlaşmaq sənin üçün nə dərəcədə çətin oldu?

- Öncə çətin idi. Amma zamanla lazım olan təcrübəni əldə edirsən və daha inamlı oynamağa başlayırsan. O vaxt mənə təcrübəli komanda yoldaşlarımın çox köməyi dəydi. Ona görə də indi komandamıza yeni, gənc oyunçular gələndə onları dəstəkləməyə, məsləhətlər verməyə çalışıram.

- "Qarabağ"da aldığın ilk maaş nə qədər olmuşdu?

- Xatırladığım qədərilə, ilk dəfə 50 dollar almışdım.

- Nəyə xərclədiyin yadındadır?

- Xüsusi nəyəsə xərcləmədim. 10-unu özümə saxladım, 10-unu bacıma verdim, 30-unu da anama.

- İlk avtomobilini neçə yaşında almısan?

- O vaxt 19 yaşım var idi. Özümə 3-cü seriya BMW aldım. Amma həmin avtomobil qəza nəticəsində əzildi. Albaniyaya toplanışa getmişdik. İki gün sonra köhnə dostum, klub yoldaşım MMS göndərdi ki, maşın bu haldadır. Əsas odur ki, özünə heç nə olmamışdı. Hər halda dostların can sağlığı daha önəmlidir.

- Həddən artıq tez ailə qurmusan...

- Bəli, elə alındı. Azərbaycan yığmasında futbolla məşğul olan bir qızla tanış oldum. 20 yaşım var idi. Olya ilə bir-birimizi çox tez tanıdıq, dostlaşdıq və evlənməyə qərar verdik. O, ailə naminə karyerasını qurban verdi. Amma etiraf etmək lazımdır ki, Azərbaycanda qadın futbolu, onsuz da, yaxşı vəziyyətdə deyil.

- 25 yaşında artıq üçüncü övladın anadan olub!

- Sadəcə, Bakıda işıqları tez-tez söndürürlər (gülür). Amma ciddi olsaq, buna çox sevinirəm. Çünki həyat yoldaşımı və uşaqlarımı sevirəm, onlar üçün mənim diqqətimin nə qədər önəmli olduğunu anlayıram. Yığma ilə, avrokuboklara görə tez-tez səfərlərdə oluram. Həftədə iki oyunumuz olur. Ona görə də boş vaxtımı ancaq ailəmlə keçirməyə çalışıram.

- İki oğlun, bir qızın var. Onlardan hansınısa futbolçu görürsən?

- Böyük oğlum artıq futbolla məşğul olmağa başlayıb. Cəmi 5 yaşı var, amma futbol oynamaq üçün alışıb-yanır.

- İstedad görünür?

- İstedad var, amma əsas istəkdir. Çünki qalanlarını məşq etməklə də qazanmaq olar. Amma kiçik oğlum ancaq dalaşmağı bacarır. Onu təkbətək idman növlərindən birinə qoyacağam. Amma illər keçdikcə onda da futbola maraq oyana bilər.

- Azərbaycan çempionatı nə dərəcədə rəqabətə davamlıdır?

- Çempionatımız inkişaf edir. Tədricən buraya daha yüksək səviyyəli legionerlər gəlməyə başlayıb. Avrokuboklardakı nəticələrimiz də bu inkişafın bir göstəricisi sayıla bilər.

- "Qarabağ" Rusiya çempionatında neçənci yeri tutardı?

- İlk altılıqda yer ala bilərdi. Avrokuboklardakı çıxışımıza, əsasən, deyə bilərəm ki, komandamız istənilən rəqiblə oynaya bilər. Məsələn, "Qarabağ"ın Rusiya çempionatında neçənci yeri tutacağını görmək mənə də maraqlı olardı.

- "Qarabağ" FK Azərbaycan üçün nə deməkdir?

- Klubumuz Azərbaycanda çox populyardır. Avropada yaxşı nəticələrə imza ata bildik. Buna görə avrokubok matçlarında bir qayda olaraq, dolu tribunalar qarşısında oynayırıq. Azərbaycanda bizi sevirlər, hörmət edirlər. Biz özümüz də bunu hiss edirik.

- Klubunuzun büdcəsi necədir?

- Büdcəmizin nə qədər olduğunu dəqiq deyə bilmərəm. Çünki bundan xəbərim yoxdur. Amma mətbuatda yayılan məlumatlara görə, 10-12 milyon aralığındadır.

- Klubunuzun prezidenti kimdir?

- Abdulbari Gözəl, türkiyəlidir. Amma klubu onun oğlu Tahir Gözəl idarə edir. O, futbolu, futbolçuları çox sevir. Bizə, baş məşqçimizə tam güvənir. Elə buna görədir ki, komandanın işlərinə qətiyyən qarışmır.

- Artıq üç ildir Avropa arenalarında çıxış edirsiniz. İddialarınız nədən ibarətdir?

- İddialarımız böyükdür. Əlbəttə, indi Avroliqanın yox, Çempionlar Liqasının qrup mərhələsində oynamaq istərdik. Komandamız hər il daha da inkişaf edir.

- Kənardan çox mehriban kollektiviniz olduğu görünür...

- Doğrudan da, elədir. Bir komandada legionerlərlə yerli futbolçuların bu dərəcədə birlik nümayiş etdirməsi böyük təsadüfdür. Hesab edirəm ki, komandada qruplaşmanın olmaması böyük amildir. Hamının bir-birinə hörmət etməsi, mehriban münasibəti klubun nəticələrinə də müsbət təsir göstərir.

- Qurban Qurbanov 8 ildən çoxdur klubunuzda çalışır. Demək olar ki, səni də peşəkar futbolçu kimi məhz o yetişdirib?

- Məni 19 yaşımdan Qurbanov çalışdırır. Onun sayəsində çox şey öyrənmişəm. Məsləhətlərinə çox qulaq asmışam. Karyeramın uğurlu alınmasında onun böyük rolu var.

- Onu sərt məşqçi saymaq olar?

- Deyərdim ki, bəli, sərt, amma ədalətli məşqçidir. Komandada intizamı sevir. Məşqlərdə zarafatı qəbul etmir. Futbolçunun öz işinə peşəkar və ciddi yanaşmasından xoşu gəlir. Cəzalandırdığı vaxtlar da olur, amma lazım gələndə dəstəkləyir də.

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Google Play-dəki virus 2 milyon smratfonu yoluxdurdu

29 Aprel 2017 08:05

Terror təşkilatının liderlərindən biri öldürüldü

29 Aprel 2017 08:05

Cəlilabadda yaşayış evi əşyaları ilə birgə yandı

29 Aprel 2017 08:03

Bakıda eyni ünvanda yaşayan kişi və qadın 3-cü mərtəbədən yerə yıxılıb

29 Aprel 2017 08:02

Bakıda tükürpədən qəza - Maşın piyadanın üzərindən keçdi

29 Aprel 2017 07:58

"Barselona" və "Real"ın keçmiş ulduz futbolçuları üz-üzə gəlib

29 Aprel 2017 07:57

Bu sintezator istənilən səsi kopyalayır

29 Aprel 2017 07:57

Filippində zəlzələdən sonra sunami təhlükəsi elan olunub - YENİLƏNİB

29 Aprel 2017 07:52

Google rəyləri tərcümə edəcək

29 Aprel 2017 07:42

Yeni Core M3 prosessoru təqdim olundu

29 Aprel 2017 07:37

Bakıda polis maşını qəzaya uğrayıb, 1 nəfər yaralanıb

29 Aprel 2017 07:37

Braziliyada memar evi - FOTO

29 Aprel 2017 07:32

Millimizin hücumçusu "Jilina"da növbəti qolunu vurdu - VİDEO

29 Aprel 2017 07:28

Bu antivirus Windows-u iflic edir

29 Aprel 2017 07:22

Android smartfonlarının çəkisi artır

29 Aprel 2017 07:12

Latviyanın "Skonto" futbol klubu hərraca çıxarılıb

29 Aprel 2017 07:07

Bağdaddakı partlayışın sifarışçisi məlum oldu

29 Aprel 2017 07:03

Filippində “Əbu Səyyaf”-ın lideri öldürüldü

29 Aprel 2017 06:59

Avstriya prezidentindən islamofobiya ilə mübarizəyə ÇAĞIRIŞ: "Başınızı bağlayın"

29 Aprel 2017 06:43

Bakıda maşın piyadanı vuraraq üzərindən keçib

29 Aprel 2017 06:37

Kolleksiyaçının apartamenti - FOTO

29 Aprel 2017 06:32

"Instagram" istifadəçilərinin sayı 700 milyon nəfərə çatıb

29 Aprel 2017 06:17

Albaniyanın yeni prezidenti bəlli oldu

29 Aprel 2017 05:48

Albaniya yeni prezidentini seçib

29 Aprel 2017 05:47

Tramp ikinci müddətə prezident seçiləcəyinə əmindir

29 Aprel 2017 05:34

Üç model bir arada - FOTO

29 Aprel 2017 05:32

Məşhur futbolçunun şərəfinə qızıl ayaqqabılar buraxıldı - FOTO

29 Aprel 2017 05:08

Braziliyada etirazçılar prezidentinin evini daşa basdıılar

29 Aprel 2017 04:39

"Şalke" 12 dəqiqəyə 3 qol vuraraq "Bayer"i darmadağın edib

29 Aprel 2017 04:37

Qvadalaharada lüks ev - FOTO

29 Aprel 2017 04:32

Şimali Koreyanın keçirdiyi növbəti raket sınağı uğursuz oldu

29 Aprel 2017 04:28

Qısqanc qadın ona xəyanət edən ərini kişilikdən məhrum etdi - FOTO

29 Aprel 2017 04:05

Monteneqro parlamenti NATO-ya üzvlüyə dair sazişi təsdiq edib

29 Aprel 2017 03:57

Bağdadda partlayış baş verib:

29 Aprel 2017 03:47

Qara şiferli ailə evi - FOTO

29 Aprel 2017 03:32

Liviya sahillərində uzun sürən atışmadan sonra Ukrayna gəmisi ələ keçirilib

29 Aprel 2017 03:27

İmişlidə toydan evə qayıdan piyadanı avtomobil vurdu

29 Aprel 2017 03:23

FIFA prezidentinə qarşı araşdırma başladı

29 Aprel 2017 03:14

Cəmilənin göbəyiaçıq libası: "Əsəbiləşib belə geyindim" - FOTO

29 Aprel 2017 03:05

İranda Messinin oxşarı - FOTOLAR

29 Aprel 2017 02:44

PPX avtomobili qəzaya uğradı - 1 nəfər yaralandı

29 Aprel 2017 02:38

"Calzedonia"nın yeni kolleksiyası - FOTO

29 Aprel 2017 02:32

"Liverpul" müqavilə yenilədi -

29 Aprel 2017 02:25

Bakıda PPX-ya məxsus avtomobil qəzaya uğrayıb, 1 nəfər yaralanıb

29 Aprel 2017 02:07

Bella qəribə libasda alt paltarını göstərdi - FOTO

29 Aprel 2017 02:05

"Quartz": Azərbaycan iqtisadi cəhətdən ən normal ölkədir

29 Aprel 2017 01:58

Şimali Koreya ballistik raketini sınaqdan keçirib

29 Aprel 2017 01:57

Avtobus sürməyə icazəsi yoxdur -

29 Aprel 2017 01:53

Avstriya prezidenti ölkə qadınlarını islamofobiya ilə mübarizə naminə başlarını bağlamağa çağırıb

29 Aprel 2017 01:42

Ledi Qaqa yeni reklamda - FOTO

29 Aprel 2017 01:32