İqtisadiyyat Nazirliyi tender elan edib

İqtisadiyyat Nazirliyi tender elan edib
15:47 25 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 25 oktyabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi "Regionların inkişafına dəstək proqramı" çərçivəsində "Xüsusi iqtisadi zonaların idarə olunmasına dəstək layihəsi"nə dair açıq tender elan edib. 
"Report" xəbər verir ki, bu barədə rəsmi mətbuatda bildirilib.
Məlumata görə, tenderdə iştirak haqqı 2 min manatdır. İddiaçılar lazımi sənədləri noyabrın 25-nə qədər, tender təklifi və bank zəmanətini isə dekabrın 6-na qədər Bakı şəhəri, Neftçilər prosepekti, 2A ünvanına təqdim etməlidirlər.
Təkliflərə dekabrın 7-də, saat 12:00-da adıçəkilən ünvanda baxılacaq. Təkiflərin qiymətləndirilməsində qiymət, keyfiyyət, avadanlıq və proqram təminatının texniki xüsusiyyətləri, mühafizə imkanları, istifadə və xidmət rahatlığı, analoji layihələr üzrə təcrübə, o cümlədən digər qurumlarda tətbiqi, texniki imkanlar və kadr potensialı kimi meyarlar nəzərə alınacaq. 

Xəbərin orijinal ünvanı: http://report.az/biznes/i-qtisadiyyat-nazirliyi-tender-elan-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR