Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Yol polisi 5700 sürücünü cərimələyib

Yol polisi 5700 sürücünü cərimələyib

Date: 25 October 2016 15:57

Bakı. 25 oktyabr. REPORT.AZ/ Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Yol Patrul Xidmətinin (YPX) əməkdaşları ötən 2 gün ərzində inzibati xəta törədən 5700 sürücünü cərimələyib. 
Bu barədə "Report"a idarədən məlumat verilib.
Bildirilib ki, oktyabrın 23-ü və 24-də ölkə ərazisində inzibati məsuliyyətə cəlb olunan sürücülərdən 58-i sükan arxasına sərxoş halda əyləşdiyinə görə cəzalandırılıb. Sürət həddini aşdığına görə 2712 sürücü barəsində elektron protokol (MMX) tərtib edilib.
Qeyd edək ki, ötən 2 gün ərzində ölkənin avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 4 nəfər ölüb, 11 nəfər isə yaralanıb.

Tags:  Yol polisi 5700 sürücünü cərimələyib

RƏYLƏR


Top news