Nazpəri Dostəliyevanın bağ evi - FOTO

Nazpəri Dostəliyevanın bağ evi - FOTO
15:57 25 Oktyabr 2016
142 Şou
Ölkə mətbuatı
A- A+

Xalq artisti Nazpəri Dostəliyeva "Evdəkilərə salam" verilişinin qonağı olub. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, aparıcılığını Aytəkin Mərdanovanın etdiyi proqramın çəkilişi müğənninin bağ evində aparılıb. 

İfaçı küsülü olduğu deyilən bacısı Zeynəb Dostəliyeva ilə münasibətlərindən danışıb. O bildirib ki, bacısıyla arası yaxşıdır. 

Z.Dostəliyeva bacısıyla tez-tez görüşdüyünü söyləyib:

"Hər gün bacımla bağdayıq. Boş vaxt tapan kimi Nazpəri xanım bizi bağa gətirir. Hərdən ondan incimişəm. Uman yerindən küsürlər. Sözüm olanda çaşıb efirdən deyirəm. Çox adam elə bilir ki, aramız pisdir, amma elə deyil".

N.Dostəliyeva mətbəxinə yad insan buraxmadığını açıqlayıb:

"Övladlarımın yeməyini heç kimə etibar etmirəm. 1998-ci ildən yeməyi özüm bişirir, mətbəximə yad adam buraxmıram. Biz hansı sahədə çalışsaq da, ailədə xanım, anayıq. Xanım mətbəxini heç kimə etibar etməməlidir".

Milli.Az










Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/483025.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR