Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Böyük Britaniya baş nazirinin ticarət məsələləri üzrə elçisi Azərbaycana gələcək

Böyük Britaniya baş nazirinin ticarət məsələləri üzrə elçisi Azərbaycana gələcək

Date: 25 October 2016 16:17

Bakı. 25 oktyabr. REPORT.AZ/ "Böyük Britaniyanın baş nazirinin ticarət məsələləri üzə elçisi Baronessa Nikols gələn ay Azərbaycana gələcək".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Karol Krofts deyib.
Səfirin sözlərinə görə, noyabrın sonunda baş tutacaq səfər zamanı B.Nikolsla birlikdə Azərbaycana İngiltərənin 20-ə yaxın şirkətinin nümayəndələri də gələcək.
Karol Krofts onu da qeyd edib ki, Azərbaycan-Böyük Britaniya hökumətlərarası komissiyasının növbəti iclası gələn il Bakıda baş tutacaq.
Xatırladaq ki, komissiyanın ilk iclası bu ilin fevralın 11-də Londonda keçirilib.

Tags:  Böyük Britaniya baş nazirinin ticarət məsələləri üzrə elçisi Azərbaycana gələcək

RƏYLƏR


Top news