Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Prezident İlham Əliyev pakistanlı həmkarına başsağlığı verdi

Prezident İlham Əliyev pakistanlı həmkarına başsağlığı verdi

Prezident İlham Əliyev pakistanlı həmkarını təbrik edib (22 Mart 2017 21:57)
Prezident İlham Əliyev pakistanlı həmkarını təbrik edib (22 Mart 2017 18:17)
Prezident və xanımı Novruz şənliyində iştirak edib (18 Mart 2017 10:44)

Tarix: 25 Oktyabr 2016 16:27

Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynə başsağlığöı verib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, başsağlığı məktubunda deyilir:

"Hörmətli cənab Prezident, 

Kvetta şəhərindəki polis kollecində törədilmiş terror aktı nəticəsində çox sayda insanın həlak olması və yaralanması xəbəri məni olduqca kədərləndirdi.

Biz bu terror aktından son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərinə qarşı hamılıqla, qətiyyətlə və ardıcıl mübarizə aparılmasını vacib və zəruri hesab edirik.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Pakistan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram.

Allah rəhmət eləsin!"

Milli.Az


Teqlər:  Prezident İlham Əliyev pakistanlı həmkarına başsağlığı verdi



RƏYLƏR


Top xəbərlər