Obamadan Trampa öldürücü cavab: “Mən ən azından...” – VİDEO

Obamadan Trampa öldürücü cavab: “Mən ən azından...” – VİDEO
16:28 25 Oktyabr 2016
98 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-da Dimmi Kimmelin təqdim etdiyi şou zamanı maraqlı anlar yaşanıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti Barak Obama “Mean Tweets” rubrikasının qonağı olub.

Rubrikada ulduzlar və siyasətçilər onların ünvanına yazılan “tvit”ləri oxuyur və zarafatla cavab verməyə çalışırlar. Obamanın oxuduğu “tvit”lərdən birinin müəllifi Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp olub.

“Prezident Obama ABŞ tarixində ən pis prezident kimi qalacaq”, - “tvit”də deyilirdi.

Bu bəyanat Obamada təbəssüm doğurub. Dövlət başçısının cavabı bu şəkildə olub: “Mən ən azı prezident kimi tarixə düşəcəm”.

Obama bununla da Trampın prezident ola bilməyəcəyinə işarə vurub.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/173481.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR