Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

İlham Əliyev pakistanlı həmkarına başsağlığı verdi

İlham Əliyev pakistanlı həmkarına başsağlığı verdi

Prezident İlham Əliyev pakistanlı həmkarını təbrik edib (22 Mart 2017 21:57)
İlham Əliyev Pakistan prezidenti ilə görüşdü (28 Fevral 2017 20:09)
İlham Əliyev Pakistanın prezidenti və baş naziri ilə görüşüb - FOTOLENT (28 Fevral 2017 19:49)

Tarix: 25 Oktyabr 2016 16:38

Azərbaycan Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynə başsağlığı verib.

Başsağlığında deyilir:

"Kvetta şəhərindəki polis kollecində törədilmiş terror aktı nəticəsində çox sayda insanın həlak olması və yaralanması xəbəri məni olduqca kədərləndirdi.

Biz bu terror aktından son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərinə qarşı hamılıqla, qətiyyətlə və ardıcıl mübarizə aparılmasını vacib və zəruri hesab edirik.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Pakistan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram.

Allah rəhmət eləsin!"


Teqlər:  İlham Əliyev pakistanlı həmkarına başsağlığı verdi



RƏYLƏR


Top xəbərlər