Səddamın əmisi oğlu su çənində tutuldu

Səddamın əmisi oğlu su çənində tutuldu
16:58 25 Oktyabr 2016
130 Dünya
Ölkə mətbuatı
A- A+

İraqın keçmiş lideri Səddam Hüseynin əmisi oğlu Nizar Hamud Abdulgani su çəninin içində tutulub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda Kərkükün polis müdiri Serhad Kadir bildirib.

Səddamın digər əmisi oğlanları Hişam, Mueyyed və Musenna Hamudun da axtarıldığı bildirilir. Onlar İŞİD-də yüksək vəzifələr tuturlar.

BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının sözçüsü Rupert Colville isə İraqın Mosul şəhərində mühasirəyə alınan İŞİD-in şəhərdə 70 vətəndaşı güllələdiyini, öldürdüyü əkinçiləri isə çaya atdığını deyib.

İŞİD döyüşçüləri təşkilata qarşı döyüşən tayfa liderlərinin altı yaxın qohumunu öldürdükdən sonra bir avtomobilin arxasına bağlayaraq küçələrdə dolaşdırıb.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/173489.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR