"Neft Daşları"ndakı quyu əsaslı təmirdən sonra istismara verildi

"Neft Daşları"ndakı quyu əsaslı təmirdən sonra istismara verildi
17:13 5 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 5 yanvar /Trend/

Bu günlərdə ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik “Neft Daşları” yatağındakı 1887 saylı meydançadan 2679 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

Trend ARDNŞ-nin saytına istinadən məlumat verir ki, quyu X horizontdan, 2580-2572 metr intervaldan sutkalıq 25 ton neft hasilatı ilə istismara daxil edilib.

Quyuda istismar işləri “Neft Daşları” NQÇİ tərəfindən həyata keçirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/energy/2350001.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR