Akif Çovdarov aclıq aksiyasına başlayıb

Akif Çovdarov aclıq aksiyasına başlayıb
17:07 25 Oktyabr 2016
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 25 oktyabr. REPORT.AZ/ Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, hazırda həbsdə olan general-mayor Akif Çovdarov aclıq aksiyasına başlayıb. 
"Report"un məlumatına görə, bunu A.Çovdarovun vəkili Kamandar Nəsibov bildirib. 
Vəkilin sözlərinə görə, hüquqlarını müdafiə etdiyi şəxsin aclıq elan etməsinə səbəb onun səhhətində olan problemlərin müalicəsinə şərait yaradılmamasıdır: "Akif Çovdarov hazırda Bakı İstintaq Təscritxanasında saxlanılır. O, bu gün saat 09:00 radələrindən aclıq elan edib".
K.Nəsibov bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsin ittiham akt 56 tomdur: "Cinayət işində 26 epizot var. 16 nəfər mənəvi zərər çəkib, 60 nəfər zərərçəkmiş və 2 nəfər isə zərərçəkmişin hüquqi varisidir".
Vəkil qeyd edib ki, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) A.Çovdarova qarşı mülki iddiası 2 milyon 917 min 300 manatdır: "DTX məhkəmədə həmin pulları təqsirləndirilən Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi və mayor Akif Əliyevdən tələb edir".
Qeyd edək ki, A.Çovdarov ötən ilin noyabr ayında həbs edilib. Həmin vaxt Səbail Rayon Məhkəməsi onun barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçib. Sonradan həbs qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb. O, Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur.
A.Çovdarov və MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən təsdiq edilərək sentyabrın 5-də aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib. Hazırda işə Sabunçu Rayon Məhkəməsində Bakı Hərbi Məhkəməsinin hakimlər kollegiyası baxılır.
Xatırladaq ki, cinayət işi üzrə 320-dən çox şahid, 60-dan çox isə zərərçəkmiş var. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər A.Çovdarov, S.Məmmədov, A.Əliyev və O.Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

DƏHŞƏT: Göbəyi kəsilməmiş körpəni zibilliyə atdılar

22 İyul 2017 00:53

"İstanbul Başakşehir"dən daha 2 transfer

22 İyul 2017 00:47

"Allahım, sən kömək et" -

22 İyul 2017 00:47

Xəzərdə zəlzələ oldu

22 İyul 2017 00:29

Tuqay meşəsində qanunsuz silah aşkarlanıb

22 İyul 2017 00:27

"Çelsi" yeni transferini təqdim etdi -

22 İyul 2017 00:27

Avroliqada 55 metrdən FANTASTİK QOL - VİDEO

22 İyul 2017 00:17

Bu gün Milli Mətbuat Günüdür

22 İyul 2017 00:09

Astroloji proqnoz - 22 iyul

22 İyul 2017 00:08

Doğulan kimi valideynlərinin qorxub atdığı uşaq HAMINI ÇAŞBAŞ SALDI - FOTO

22 İyul 2017 00:05

Sudan daha faydalı içkilər - SİYAHI

22 İyul 2017 00:05

Günün qoroskopu: seçdiyiniz yoldan sapmayın

22 İyul 2017 00:05

Azərbaycan milli mətbuatının 142-ci ildönümü qeyd olunur

22 İyul 2017 00:02

"Schalke" futbolçulara qeyri-adi cəza kəsəcək

21 İyul 2017 23:57

İlk sürücüsüz elektroavtobusun satışlarına başlanacaq - VİDEO

21 İyul 2017 23:57

Qadının böyrəyini oğurladılar

21 İyul 2017 23:57

Öldürdü, dərisini soydu, ətindən yemək bişirdi: qadından ərinə qarşı QANDONDURAN ƏMƏL - FOTO

21 İyul 2017 23:57

Fələstindən ŞOK QƏRAR:

21 İyul 2017 23:57

Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub

21 İyul 2017 23:44

"Koutinyo satılmır, bu qərar dünən qəbul edilməyib"

21 İyul 2017 23:42

ABŞ-ın yanlış zərbəsi nəticəsində bir neçə əfqan hərbçi həlak olub

21 İyul 2017 23:37

Fələstin İsraillə bütün əlaqələri dondurub

21 İyul 2017 23:32

"Yuventus" Bonuççinin yerinə kimi gətirəcək?

21 İyul 2017 23:32

Prezident İlham Əliyev Soçidə Vladimir Putin ilə görüşüb

21 İyul 2017 23:32

Bütün qadın problemləri buradan qaynaqlanır - Dahi psixoloqun KƏŞFİ

21 İyul 2017 23:32

Prezident İlham Əliyev Soçidə Vladimir Putinlə görüşüb -

21 İyul 2017 23:29

Göyçayda “VAZ” ağaca çırpıldı - 3 yaralı

21 İyul 2017 23:24

Telefonunuzu kimlərin izlədiyini öyrənin

21 İyul 2017 23:20

3D restoranda 300 dollarlıq yemək - FOTO

21 İyul 2017 23:17

Günəş şüaları altında qaralmağın yolları

21 İyul 2017 23:17

Qüdsdə iğtişaş: 3 ölü

21 İyul 2017 23:13

Hər çiməndə kisələnməyin: dəriyə zərərdir

21 İyul 2017 23:05

Türkiyədə növbəti dəfə zəlzələ baş verib

21 İyul 2017 22:58

2 aylığında saçları ilə fenomen olmuşdu, indi isə... - FOTO

21 İyul 2017 22:57

Çaylarda son durum

21 İyul 2017 22:53

İnsanlar nə qədər plastik tullantısı yaradır? - İNANILMAZ RƏQƏM

21 İyul 2017 22:52

Günəş ləkələrinə qarşı maska - EVDƏ HAZIRLAYIN

21 İyul 2017 22:52

Beyninizi məşq etdirmək üçün TEST

21 İyul 2017 22:47

Saçlarım niyə tökülür? - 5 BİLMƏDİYİNİZ SƏBƏB

21 İyul 2017 22:47

Ağ Evin yeni mətbuat katibi bəlli oldu

21 İyul 2017 22:44

Ağ Evin yeni mətbuat katibi müəyyənləşdi

21 İyul 2017 22:43

Məktəb avtobusunda dünyanı gəzən cütlük - FOTO

21 İyul 2017 22:32

Marsa səyahət planı təxirə düşdü -

21 İyul 2017 22:29

Yumurtanı qaynadandan sonra suyunu atmayın - FAYDALARI

21 İyul 2017 22:27

Artıq çəki yığmamaq üçün... - Çox sadə QAYDA

21 İyul 2017 22:27

Türkiyədə növbəti zəlzələ

21 İyul 2017 22:23

Tutuquşunun şahidlik etdiyi cinayətin üstü açıldı

21 İyul 2017 22:22

Türkiyədə yenidən zəlzələ oldu

21 İyul 2017 22:19

Evtanaziya etmədilər, o da özünü öldürdü - FOTO

21 İyul 2017 22:17

Uşağınızın qız olmasını istəyirsinizsə, bunları yeyin - İNANILMAZ ÜSUL

21 İyul 2017 22:12