"Onlar olmasaydı, faciələrin öhdəsindən gələ bilməzdim"

"Onlar olmasaydı, faciələrin öhdəsindən gələ bilməzdim"
17:11 25 Oktyabr 2016
46 Şou
Ölkə mətbuatı
A- A+

“Lider” telekanalında yayımlanan “Xəzərin sahilində” verilişinin növbəti qonağı kinorejissor, aktyor Elxan Qasımov olub.

Axşam.az-ın məlumatına görə, aparıcılığını Fəxriyyə Lilparın etdiyi proqramda aktyor rol aldığı “Əhməd hardadır?”, “Axırıncı aşırım” filmlərindən danışıb.

E.Qasımov şəxsi həyatı ilə bağlı suallar verilməsini istəməyib. Qadın gözəlliyindən danışan aktyor "Qadın gözəlliyi 90-60-90 demək deyil" söyləyib.

"Şəxsi həyatımla bağlı "Xoşbəxtsən" sualını verəndə düşünürəm. Amma hamının tanıdığı biri olduğum üçün xoşbəxtəm. Məndən çox dostu olan yoxdur. Bütün rayonlarda dostlarım var. Onlar olmasaydı, başıma gələn faciələrin öhdəsindən gələ bilməzdim" deyə, aktyor əlavə edib.

Qeyd edək ki, veriliş həftənin bazar ertəsi saat 21:00-da yayımlanır.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=59883

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR