Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Xorvatiya prezidenti İçərişəhərdə olub - FOTO

Xorvatiya prezidenti İçərişəhərdə olub - FOTO

Date: 25 October 2016 17:12

Azərbaycana rəsmi səfərə gələn Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç səfər çərçivəsində İçərişəhərlə tanış olub.

Milli.Az bildirir ki, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Trend-ə verilən məlumata görə, qonağı idarə rəisi Əsgər Ələkbərov qarşılayıb.

Ali qonaq gəzinti zamanı Şərq memarlıq üslubunda tikilmiş tarixi-memarlıq abidələri, Qız Qalası, Şirvanşahlar Saray Kompleksi kimi dünya əhəmiyyətli abidələr, eləcə də karvansaraylar, hamamlar, məscidlər, ölkə və yerli əhəmiyyətli digər abidələrlə zəngin olan Qədim Qala divarları ilə əhatələnmiş unikal şəhərsalma kompleksi olan "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, burada yerləşən muzey ekspozisiyaları ilə tanış olub.

İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin fəaliyyəti ilə tanışlıq da xanım Kolinda Qrabar-Kitaroviçin böyük marağına səbəb olub. Ali qonaq batika, keramika, zərgərlik və taxta üzərində oyma sənəti nümunələrinin nümayiş edildiyi sərgi ilə tanışlıqdan sonra Mərkəzin emalatxanasında iş prosesini izləyib. Xorvatiya Respublikasının prezidenti Mərkəzdə tədris prosesinin təşkili sistemi, təlim üsulları ilə yaxından maraqlanıb. Ali qonağa Mərkəzin əməkdaşlarının əl işlərindən ibarət xatirə hədiyyələri təqdim olunub.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəxri qonaqlar kitabına öz ürək sözlərini yazan xanım Kolinda Qrabar-Kitaroviç İçərişəhərlə tanışlıqdan məmnunluğunu və xoş arzularını ifadə edib.

Milli.Az







Tags:  Xorvatiya prezidenti İçərişəhərdə olub FOTO

RƏYLƏR


Top news