Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Xorvatiya Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb

Xorvatiya Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb

Date: 25 October 2016 17:12

Bakı. 25 oktyabr. REPORT.AZ/ Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin Azərbaycan Respublikasına rəsmi səfəri oktyabrın 25-də başa çatıb.
“Report”un xəbərinə görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviçi hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər yola salıblar.

Tags:  Xorvatiya Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb

RƏYLƏR


Top news