Dövlət istiqarazlarına maraq artıb

Dövlət istiqarazlarına maraq artıb
17:42 25 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 25 oktyabr. REPORT.AZ/ Bu gün “Bakı Fond Birjası” QSC-də Maliyyə Nazirliyinin AZ0102018519 ISIN kodlu, tədavül müddəti 182 gün olan 17 mln. manat və AZ0104019515 ISIN kodlu, tədavül müddəti 364 gün olan 10 mln. manat məbləğlərində dövlət istiqrazları üzrə hərrac keçirilib.
"Report"un Maliyyə Nazirliyinə istinadən verdiyi xəbərə görə, AZ0102018519 ISIN kodlu dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 23,3 mln. manat təşkil edib. Maliyyə Nazirliyi tərəfindən 17 mln. manat məbləğində dövlət istiqrazlarının rəqabətli sifarişlər üzrə ortaölçülmüş qiyməti 91,5657 (gəlirlilik 18,5750%) səviyyəsində müəyyən edilib. İstiqrazların ödəmə müddəti 25 aprel 2017-ci ildir.
Eyni zamanda, AZ0104019515 ISIN kodlu dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 17,7 mln. manat təşkil edib.
Maliyyə Nazirliyi tərəfindən 10 mln. manat məbləğində dövlət istiqrazların rəqabətli sifarişlər üzrə ortaölçülmüş qiyməti 86,9919 (gəlirlilik 15,0356%) səviyyəsində müəyyən edilib. İstiqrazların ödəmə müddəti 24 oktyabr 2017-ci ildir.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/dovlet-istiqarazlarina-maraq-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR