Azərbaycanda ingilis dili müəllimləri üçün Təlim-Resurs Mərkəzi istifadəyə verilib

Azərbaycanda ingilis dili müəllimləri üçün Təlim-Resurs Mərkəzi istifadəyə verilib
17:47 25 Oktyabr 2016
130 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 25 oktyabr. REPORT.AZ/ Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda ingilis dili müəllimləri üçün Təlim-Resurs Mərkəzinin açılışı olub.
“Report”un xəbərinə görə, tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Karol Krofts, “British Council” təşkilatının Azərbaycan üzrə rəhbəri Elizabet Vayt iştirak ediblər.
C.Bayramov bildirib ki, mərkəzdə “British Council”un metodologiyası əsasında ilk növbədə müəllimlərin peşəkar inkişafı üçün şərait yaradılaraq müasir texnologiyalarla ingilis dili peşəkarları tərəfindən tədris olunacaq: “Mərkəzə ingilisdilli mütəxəssislər cəlb olunacaq. Əsas məqsəd məktəblərdə şagirdlərin ingilis dili tədrisinin keyfiyyətinin qaldırılmasıdır”. 
Onun sözlərinə görə, müşahidələr ingilis dili üzrə şagirdlərin qrammatik göstəricilərinin yaxşı olduğunu göstərir: “Amma real danışıq səviyyəsində bir sıra problemlər olur. Hesab edirik ki, belə mərkəzlər vasitəsilə bu problemin həllində əsaslı dönüş yarada biləcəyik”.
K.Krofts deyib ki, mərkəz müəllimlərin şifahi ünsiyyət bacarıqlarının inkişafına yardım edəcək.
E.Vayt isə vurğulayıb ki, mərkəzdə müəllimlərin istifadəsi üçün ümumilikdə 5 000-dən çox resurs toplanıb: “Müəllimlər üçün “British Council”un dəvət etdiyi peşəkar mütəxəsislərin təlimləri, ingilis dili moderatorla danışıq klubları, dilin gündəlik istifadəsinə istiqamətlənmiş kino saatları, yerli və xarici qonaq ekspertlərlə seminarlar təşkil ediləcək”.
Qeyd edək ki, ilkin mərhələdə Təlim-resurs mərkəzindən yaxınlıqda yerləşən 11 ümumi təhsil müəssisəsinin 81 nəfər ingilis dili müəllimi istifadə edəcək. Bu gün həm də Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseydə və 23 nömrəli tam orta məktəbdə də ingilis dili mərkəzləri istifadəyə verilib. 












Xəbərin orijinal ünvanı: http://report.az/elm-ve-tehsil/azerbaycanda-ingilis-dili-muellimleri-ucun-telim-resurs-merkezi-istifadeye-verilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR