Rəqəmli yayım üçün dekoderləri poçt şöbələrindən də əldə etmək mümkün olacaq

Rəqəmli yayım üçün dekoderləri poçt şöbələrindən də əldə etmək mümkün olacaq
17:52 25 Oktyabr 2016
117 Ölkə
Ölkə mətbuatı
A- A+

Əhali rəqəmli televiziya yayımı üçün nəzərdə tutulan dekoderləri "Azərpoçt"un şöbələrindən də əldə edə biləcəklər.

Milli.Az bildirir ki, bu barədə Trend-ə İnformasiya və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.

Mənbə bildirib ki, burada əsas məqsəd rəqəmli yayıma keçiddən sonra əhalinin rəqəmli yayıma baxmaq imkanını təmin etməkdir.

Qeyd edək ki, noyabrın 1-dən Bakı və Abşeronda, dekabrın 1-dən isə respublika üzrə analoq yayımın dayandırılması və tam olaraq rəqəmli yayıma keçid planlaşdırılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/483082.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR