İnsanı dəli edəcək ən səssiz yer - VİDEO

İnsanı dəli edəcək ən səssiz yer - VİDEO
18:08 25 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Dünyanın ən səssiz otağı ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində yerləşir. Ən səssiz deyirik, çünki insan qulağının eşidə biləcəyi ən aşağı şiddət 0 desibel olduğu halda, bu otaqda səs 9 desibeldir.

Dəli edən səssizlik

9 desibel dəli edən səssizlik deməkdir. Otağın yaradılmasında məqsəd eşitmə cihazlarının testlərini keçirməkdir.

Bu otaq o qədər səssizdir ki, damarlarınızda axan qanın səsini, qəlb döyüntüsünü, qulağınızdakı sümüklərin çıxardıqları səsləri belə dəqiqliklə eşidə bilərsiniz.

İnsan beyni bu qədər səssiz yerdə qala bilmədiyi üçün bu otaqda vaxt keçirənlər ciddi problemlər yaşaya bilər.

Bizim səssiz dediyimiz yerlərdə belə səs mövcuddur. Bu otaqdakı səssizlik isə beynin qarmaqarışıq şəklə düşməsinə və hallüsinasiyalara gətirib çıxara bilər.

Yazılanlara görə, insanlar bu otaqda 45 dəqiqədən artıq dayana bilməzlər. Ancaq Aleksandr Muller otaqda 45 dəqiqədən çox dayanaraq bu iddianı yox edib. O, bu vaxtın çoxunu oturaraq keçirib. Bunun səbəbi isə hərəkət etsə belə, heç bir şəkildə səsin çıxmamasıdır.

Fəxrəndə Dəmirova


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqli/173496.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR