Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qışa hazırıqmı? - Rəsmi AÇIQLAMA

Qışa hazırıqmı? - Rəsmi AÇIQLAMA

Date: 25 October 2016 18:22

"2016-cı ilin təsdiq olunmuş tədbirlər planına əsasən 539 qazanxana və 92 istilik məntəqəsi kompleks yoxlanılıb, 307 odluq təmir olunub, 358 ədəd qazan aqreqatı əsaslı və cari təmir olunub, 1096 ədəd qazan mexaniki və kimyəvi üsullarla təmizlənib, 19970 ədəd siyirtmə və ventil təftiş olunub, onlardan 2292 ədədi əsaslı, 2377 ədədi cari təmir olunub, 1075 ədədi isə yenisi ilə əvəz olunub. 1818 ədəd qoruyucu klapan yoxlanılıb, təmir olunub və tənzimlənib".

Milli.Az bildirir ki, bu barədə azvision.az-a "Azəristiliktəchizat" ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev deyib. 

R.Əliyev qeyd edib ki, həyata keçirilən tədbirlər nəticəsində "Azəristiliktəchizat" ASC tərəfindən növbəti payız-qış mövsümündə 538 qazanxana və 92 istilik məntəqəsinin fasiləsiz və etibarlı iş rejimi təmin ediləcək: "Onların da vasitəsilə 2016/2017-ci illər payız-qış mövsümündə 3700 yaşayış binasının, 280 məktəbin, 155 uşaq bağçasının, 155 səhiyyə müəssisəsinin və 780-ə yaxın digər sosial obyektlərin istiliklə təmin olunması nəzərdə tutulub. Belə ki, magistral və məhəllədaxili İstilik xətlərində 16200 m 2 istilik örtük qatı, qazanlarda 10550 m 2 kərpic və dam örtüyü təmir edilib. Bundan başqa 577 ədəd kimyəvi su yumşaltma qurğuları işə hazırlanaraq tənzimlənib və Na-kationit süzgəclərində 20 ton kationit materialları dəyişdirilib. 2016/2017-ci illər payız-qış mövsümünə hazırlıqla əlaqədar "Azəristiliktəchizat"ASC tərəfindən yeni istilik təchizatı mənbələrinin yaradılması, mövcud qazanxana və istilik məntəqələrinin bərpası, yenidən qurulması, modernləşdirilməsi, qazanxanaların qaz təchizatının təmin edilməsi üçün yeni qaz xəttinin çəkilməsi, magistral və məhəllədaxili istilik xətlərinin yenisi ilə əvəz edilməsi, sosial obyektlərin aşağı paylayıcı və binadaxili istilik sistemlərinin bərpası və yaşayış binalarının aşağı paylayıcı istilik sistemlərinin yenidən qurulması istiqamətində tədbirlərin icrası davam etdirilir. 

Bununla əlaqədar olaraq növbəti istilik mövsümündə işləməsi nəzərdə tutulanbütün qazanxana və istilik məntəqələrində cari profilaktiki təmir işləri başa çatdırılaraq qışa hazır vəziyyətə gətirilib. Belə ki, qazanxanalarda olan nasoslar, elektrik mühərrikləri təmir olunmuş, qazanlar və istilik mübadilə aparatları mexaniki və kimyəvi üsulla təmizlənib, qazanlarda istismarın etibarlığını təmin etmək üçün nəzarət ölçü cihazlarının və elektrik avadanlıqlarının dəyişdirilməsi və sazlanması həyata keçirilib,magistral və məhəllədaxili istilik xətləri təzyiqlə yoxlanılaraq sınaqdan keçirilib və qış mövsümündə problem yarada biləcək istilik xətləri dəyişdirilərək yenisi ilə əvəz olunub, qazanxanalar ehtiyat qazan və nasoslarla təmin edilib".

Qurum rəsmisi bildirib ki, istilik təchizatı sistemində ən vacib və çətin sahələrdən birinin magistral istilik xətləri olduğu nəzərə alınaraq 2016-2017- ci illər istilik mövsümünə hazırlıq tədbirləri çərçivəsində bu sahədə də əhəmiyyətli işlər görülüb: "Belə ki, 1010 km istilik xətləri yuyulub və hidravlik təzyiqə yoxlanılıb, 19 km məhəllədaxili və magistral istilik xətləri əsaslı təmir olunub, 570 km istilik kəməri təmirdən sonra hidravlik təziyiqə yoxlanılıb. Bundan başqa 2016-cı ilin investisiya proqramı çərçivəsində "Azəristiliktəchizat" ASC tərəfindən yaşayış binaları və sosial obyektlərin istilik təchizatının bərpası istiqamətində 31 müxtəlif tipli layihələr həyata keçirilib. Bu layihələrin icrası olaraq 3 qazanxananın müasir tipli avadanlıqlarla təmin olunaraq yenidən qurulub, qazanxanaların qazlaşdırılması ilə əlaqədar 8 layihə icra olunub, 20 yaşayış binasının məhəllədaxili istilik xətləri və aşağı paylayıcı istilik sistemləri yenidən qurulub".

Milli.Az


Tags:  Qışa hazırıqmı Rəsmi AÇIQLAMA

RƏYLƏR


Top news