Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Sumqayıt”ın baş məşqçisi: "Məqsəd "Qəbələ"ni burdan əliboş yola salmaq idi"

"Sumqayıt”ın baş məşqçisi: "Məqsəd "Qəbələ"ni burdan əliboş yola salmaq idi"

Date: 25 October 2016 18:37

Bakı. 25 oktyabr. REPORT.AZ/ "Qəbələ” ilə az müddət öncə oynamışdıq. Bu oyuna başqa cür hazırlaşmışdıq. Uduzmaq niyyətində deyildik”. 
"Report"un məlumatına görə, bu fikirləri "Sumqayıt”ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının IX turunda "Qəbələ” ilə 2:2 hesabı ilə bərabər qaldıqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Abasov məqsədlərinin "Qəbələ”ni xalsız yola salmaq olduğunu bildirib: "Bu gün uşaqlar sona qədər vuruşdular. Deyə bilmərəm ki, xal qazandıq və ya itirdik. Əsas o idi ki, bu gün yaxşı oynadıq. Məqsəd "Qəbələ”ni burdan əliboş yola salmaq idi. Qalib gəlsəydik, daha yaxşı olardı. Amma məğlub olmamaq da pis nəticə deyil”.

Tags:  Sumqayıtın baş məşqçisi Məqsəd Qəbələni burdan əliboş yola salmaq idi

RƏYLƏR


Top news