"Macarıstan türkologiyası və Azərbaycan" mövzusunda konfrans keçirilib - FOTO

"Macarıstan türkologiyası və Azərbaycan" mövzusunda konfrans keçirilib - FOTO
18:42 25 Oktyabr 2016
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda "İnnovasiya və texnologiyaların iqtisadi islahatlarda əhəmiyyəti" mövzusunda konfrans keçirilib (16 İyun 2017 13:07)
Mingəçevirdə “Regional turizm: mövcud vəziyyət və inkişaf tendensiyaları” mövzusunda konfrans keçirilib (09 İyun 2017 17:47)
"Macarıstan və Azərbaycanın yaraşığı" adlı fotosərginin nümayişi olub (24 May 2017 13:42)

Bu gün AMEA-nın Mərkəzi Elmi Kitabxanası və Nizami adına Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə "Macarıstan türkologiyası və Azərbaycan" mövzusunda konfrans keçirildi.

Milli.Az bildiri ki, tədbir Prezident İlham Əliyevin "Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi haqqında" 18 fevral 2016-cı il tarixli Sərəncamı və AMEA Rəyasət Heyətinin 20 aprel 2016-cı il tarixli Qərarına əsasən Macarıstan Elmlər Akademiyasının həqiqi üzvü Georq Hazainin xatirəsinə həsr olunub.
Əvvəlcə tanınmış türkoloq-alim Georq Hazainin şəxsi kitab kolleksiyasından ibarət sərgiyə baxış keçirildi.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli "Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi haqqında" Prezident İlham Əliyevin Sərəncamını xatırladaraq, Qurultayın 90 illiyi ərəfəsində bu konfransın xüsusi əhəmiyyət daşıdığını vurğuladı. O, Azərbaycan xalqının mədəni həyatında müstəsna rol oynayan Türkoloji Qurultaya dair yekun tədbirin bu ilin noyabr ayında təşkil olunacağını bildirdi.

AMEA-nın vitse-prezidenti Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan olan şərqşünas və türkoloq alimlərin iştirakı ilə AMEA-da Türkoloji Qurultayla bağlı bir çox tədbirlərin keçirildiyini nəzərə çatdırdı. Türkiyədə birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan beynəlxalq simpoziumda iştirak etdiyini söyləyən akademik İ.Həbibbəyli tədbir çərçivəsində Türkoloji Qurultay dövründə çəkilmiş filmin nümayiş olunduğunu bildirdi. 

Azərbaycan-Macarıstan ədəbi əlaqələrindən söz açan AMEA-nın vitse-prezidenti türkologiyanın inkişafında macar alimlərin rolunu xüsusi vurğuladı, konfransın ölkələrimiz arasında münasibətlərin və elmi əlaqələrin inkişafına mühüm töhfə verəcəyinə əminliyini bildirdi.
Akademik, həmçinin türkologiya elmin inkişafında böyük xidmətləri olan G.Hazainin həyat və yaradıcılığı barədə məlumat verdi, Macarıstanda türkologiyanın keçdiyi zəngin tarixi yoldan danışdı. G.Hazainin yeni dövr Avropa türkologiyasının atası sayıldığını deyən İ.Həbibbəyli alimin türkologiya elmi sahəsindəki xidmətlərinin bir tədqiqat institutunun elmə verdiyi töhfələrə bərbər olduğunu vurğuladı.

Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İmre Laslotski ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətlərindən söz açdı, tədbirin türkologiyanın, türkoloji əlaqələrin inkişafına, formalaşmasına, nəticə və perspektivlərinə mühüm töhfə verəcəyini bildirdi.

Mərkəzi Elmi Kitabxananın direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova kitabxanada saxlanılan Hazai kolleksiyasının dünya kitabxana-informasiya məkanına inteqrasiyası barədə çıxış etdi. Bildirdi ki, Azərbaycanı dünyada əhəmiyyətli türkologiya mərkəzi hesab edən macar alimi öz şəxsi kitabxanasının türkologiyaya aid bölümünün böyük bir hissəsini AMEA-nın Mərkəzi Elmi Kitabxanasına bağışlayıb. L.İmanova bu ilin mart ayında kitabxanada türkoloq-alimə məxsus olan şəxsi kitab kolleksiyasının təqdimatının keçirildiyini də diqqətə çatdırdı. Bildirdi ki, yaxın müddət ərzində bir çox türkdilli mənbələr kataloqlaşdırılıb İnformasiya Resurs Mərkəzində saxlanılır. Daha sonra MEK rəhbəri Azərbaycanda olan türkdilli mənbələrdə ədəbiyyatların kataloqlarının birləşdirilərək vahid kataloqun yaradılması barədə təklifini irəli sürdü. Konfransda iştirak edən xarici elmi təşkilat və səfirlik nümayəndələrinə vahid kataloq ideyasını təbliğ etməklə bağlı müraciət etdi.

Tədbirdə Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Asif Rüstəmli və başqaları çıxış edərək böyük türk düşüncə sahibi G.Hazainin keçdiyi zəngin tarixi yoldan danışdılar. Azərbaycan və macar xalqları arasında elmi əlaqələrin bundan sonra da möhkəmləndirilməsi baxımından konfransın əhəmiyyətini vurğuladılar.
Sonda G.Hazainin qızı Sisilya Hazai atasının xatirəsinə göstərilən diqqətə görə tədbirin təşkilatçılarına minnətdarlığını bildirdi.

Milli.Az
                             






RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

"Bizi məğlub etmək Portuqaliya üçün asan olmayacaq"

26 İyun 2017 18:12

12 yaşında atdığı bu addım onu MİLYONÇU ETDİ

26 İyun 2017 18:08

Millimizin futbolçusu bir oyunda 24 qol gördü!

26 İyun 2017 18:07

Samir rus klubunda yenə oynadı - bəyəniləcəkmi?

26 İyun 2017 18:07

Bred Pitə görə milyarder ərindən boşandı - FOTO

26 İyun 2017 18:05

Şou ulduzu okean sahilində - FOTO

26 İyun 2017 18:05

Gəncədə minaatan mərmisi aşkarlanıb

26 İyun 2017 18:01

Çingiz Əlioğlu bütün CAVANLIQ SİRLƏRİNİ AÇDI: “Sevilməyimlə bağlı...” - FOTO/VİDEO

26 İyun 2017 17:58

22 ildən sonra "Yuventus"u tərk etdi

26 İyun 2017 17:57

Salvador Dalinin qalıqları eksqumasiya ediləcək

26 İyun 2017 17:54

Baş nazir: "Hindistan tez bir zamanda ABŞ-a bənzər ölkəyə çevriləcək"

26 İyun 2017 17:52

Qızar toydan sonrakı ilk 1 həftə ərzində...

26 İyun 2017 17:49

Hərbi hissələrində “Açıq qapı” günü keçirildi - YENİLƏNDİ

26 İyun 2017 17:48

Ölkə çempionatının ən seksual voleybolçusu seçildi - FOTO

26 İyun 2017 17:47

Paşayevin "Neftçi"yə keçidi niyə yubanır? - SƏBƏB

26 İyun 2017 17:47

"Hər çəkilişdən sonra halım pisləşir"

26 İyun 2017 17:42

Avtomobillərdə ən qeyri-adi təkər diskləri

26 İyun 2017 17:39

Bu maşına 10 nəfər mindi - FOTOLAR

26 İyun 2017 17:38

Millimizin üzvü üçün erməni baş məşqçi

26 İyun 2017 17:37

“İnter”in də oyunu canlı yayımlanacaq

26 İyun 2017 17:37

"Rayola, dünən, bu gün və sabah" - Donnarumma

26 İyun 2017 17:37

“Formula-1”: Münaqişədə Hamilton günahkar sayıldı

26 İyun 2017 17:34

Könüldən barışıq addımı: "Bu gün də görsəm, onunla salamlaşaram, qucaqlayıb öpərəm" - FOTO

26 İyun 2017 17:32

Üç ay əvvəl ana olan İrina Şeykin gecə həyatı - FOTO

26 İyun 2017 17:27

Məşhur aktyor reanimasiyaya yerləşdirildi

26 İyun 2017 17:22

Azərbaycanlı deputat AŞPA-nın iclasında ermənilərin iddialarına sərt reaksiya verib

26 İyun 2017 17:22

İranın neft emalı zavodunda yanğın baş verib

26 İyun 2017 17:17

İran Azərbaycanda özəl tibbi mərkəzi yaracaq

26 İyun 2017 17:15

Emin Ağalarov TANINMAZ HALA SALINDI - VİDEO

26 İyun 2017 17:13

Emmanın yeni görünüşü - FOTO

26 İyun 2017 17:12

Mingəçevirdə küt alətlə mağaza sahibini döyən şəxs ona çoxsaylı bədən xəsarətləri yetirib

26 İyun 2017 17:12

Rusiyanın 95 yaşlı tanınmış aktyoru poliklinikanın pilləkənindən yıxılaraq xəsarət alıb

26 İyun 2017 17:12

2021-ci ilə qədər "Real"da

26 İyun 2017 17:12

Xalq artistlərinin qohumu faciəvi şəkildə öldü

26 İyun 2017 17:05

Tuba Büyüküstün çətin günlər yaşayır - GİZLİ FOTOLAR

26 İyun 2017 17:05

Daha bir məşhur aktyorun vəziyyəti AĞIRLAŞDI

26 İyun 2017 16:58

Kim gəlir, kim gedir?

26 İyun 2017 16:57

Aktyor Vladimir Etuş reanimasiyaya yerləşdirilib

26 İyun 2017 16:50

Gülçülük sovxozunda top mərmisi tapıldı - FOTO

26 İyun 2017 16:44

Bakıda top mərmisi tapılıb

26 İyun 2017 16:44

İnternetdə məşhurlaşmaq üçün elə bir yola əl atdılar ki... - FOTO

26 İyun 2017 16:43

49 yaşlı xalq artisti makiyajsız ŞƏKLİNİ paylaşdı

26 İyun 2017 16:38

Türkiyəli deputat Ramazan bayramı günü AŞPA-nın iclasının keçirilməsinə etiraz edib

26 İyun 2017 16:37

"Barselona"nın B komandası çempion oldu

26 İyun 2017 16:37

Bakıya uçan təyyarələrdə sərnişinlərə erməni yeməyi verirlər - VİDEO - FOTO

26 İyun 2017 16:32

Bakıda kafedə yanğın olub

26 İyun 2017 16:32

"Sevgi insanı yerdən-yerə vurur" - Tünzalə - VİDEO

26 İyun 2017 16:22

Kobraların inanılmaz rəqsi - VİDEO

26 İyun 2017 16:18

Xaçmazda ikimərtəbəli ev yanıb

26 İyun 2017 16:17

Bakıda top mərmisi tapılıb

26 İyun 2017 16:15