Qusara yağan güclü qar dağlıq kəndi işıqsız qoyub

Qusara yağan güclü qar dağlıq kəndi işıqsız qoyub
18:42 25 Oktyabr 2016
66 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 25 oktyabr. REPORT.AZ/ Qusar rayonunun dağlarına yağan güclü qar 3 elektrik dirəyini aşırıb.
"Report"un Şimal bürosunun verdiyi məlumata görə, qarın yağması nəticəsində meşə ağacları qarın ağırlığına dözməyərək elektrik dirəklərinin üzərinə aşıb. Hazırda Qusarın Urva kəndində 560 yaşayış evi işıqsız qalıb. Hadisə bu gün saat 15 radələrində qeydə alınıb. 
Bununla bağlı Qusar rayon Urva kənd İcra nümayəndəliyi "Azərişıq" ASC-nın Xaçmaz Regional Mərkəzinə məlumat verib. Dərhal hadisə yerinə gələn elektrik işçiləri dirəklərin üzərinə düşən ağacları ərazidən təmizləyiblər. "Azərişıq" nümayəndələri indi Urva kəndinə gedən yüksək gərginlikli elektrik xətlərini təmir edirlər. 
Hazırda həmin ərazidə olan Urva kənd İcra nümayəndəsi Suləddin İskəndərov "Report"a açıqlamasında bildirib ki, yaxın 1 saat ərzində elektrik enerjisinin verilişi təmin olunacaq. "Azərişıq" əməkdaşları tərəfindən elektrik dirəkləri yenidən bərpa edilir."

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/qusara-yagan-guclu-qar-dagliq-kendi-isiqsiz-qoyub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR