Cavid Hüseynov 446 gün sonra meydanda

Cavid Hüseynov 446 gün sonra meydanda
18:47 25 Oktyabr 2016
23 İdman
Ölkə mətbuatı
A- A+

Bir neçə gün əvvəl həbsdən çıxan Cavid Hüseynov yaşıl meydanlara qayıdıb. Fanat.Az xəbər verir ki, "Qəbələ"nin futbolçusu "Sumqayıt"la oyunda debüt edib.


Baş məşqçi Roman Qriqorçuk onu 83-cü dəqiqədə Asif Məmmədovun əvəzinə meydana buraxıb. Bununla da Cavidin 446 günlük həsrəti bitib. Hüseynov sonuncu dəfə 2015-ci il avqustun 6-da “Qəbələ” formasını geyinmişdi. Həmin gün yarımmüdafiəçi komandasının Avropa Liqasının III təsnifat mərhələsinin “Apollon”la cavab görüşündə iştirak etmişdi. Vurduğu qolla 1:0 hesablı qələbədə pay sahibi olan Hüseynov 14 aylıq fasilədən sonra yenidən heyətdə yer alıb.

 

Qeyd edək ki, jurnalist Rasim Əliyevin ölümü ilə bağlı həbs edilən futbolçu oktyabrın 12-də azadlığa buraxılıb.


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-cavid-huseynov-446-gun-sonra-meydanda-t53625.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR