Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Jam SS açıq dərs günü elan edir - FOTO

Jam SS açıq dərs günü elan edir - FOTO

Date: 25 October 2016 18:52

Jam SS rəqs məktəbi oktyabr ayının 29-da açıq dərs günü elan edir. Açıq dərslər bu istiqamətlərdə aparılacaq.

Bollywood - hind rəqslərini Azərbaycan Çempionu 2016 və Bakı Kubokunun sahibi 2016 Solmaz Əsgərova tərəfindən keçiriləcək. Dərs saat 14:00-da başlayaçaq.

Show Dance & Modern dərslərini Azərbaycan Kubokunun sahibi 2015, Azərbaycan Çempionu 2016, Bakı Kubokunun sahibi 2016 Sara İsmayılova saat 15-00 da açıq dərsi keçirəcək.

Hip-Hop - 2012-ci il dünya Çempionlarının komandasının üzvü Andrey Freeman saat 16-00 da açıq dərsi keçirəcək.

Zumba - dərslərini Alina Krüçkova Azərbaycan Çempionu 2012-2013-2014 Show Dance üzrə. Qafqaz Çempionu 2014. Zumba dərsini saat 17-00 da keçiriləçək.

Salsa & Bachata - Xəyal Əhmədov bir çox dünya konqreslərinin və ustad dərslərinin iştirakçısı. Salsa & Bachata dərsləri saat 18-00 da keçiriləcək.

Jazz Funk - Qospodin Axmedov saat 19-00 da keçirəcək.

Açıq dərslərdə yaşından cinsindən asılı olmayaraq hərkəs iştirak edə bilər. 

Beləliklə, əziz dostlar 30 oktyabr, saat 14:00-da payız imtahanı keçiriləçək. Jam SS - studiyasının əsas heyətinə qatılmaq istəyənlər bu imtahanda keçməlidirlər. İmtahanda özlərini sınamaq istəyənlər, amma məşq eləmək imkanı olmayanlara bizim studiada məşq eləmək imkanı yaradılıb, təmənnasız olaraq məşqlər üçün zal ayrılıb. Həftədə 3 dəfə 2-ci, 4-cü, 6-cı günlər saat 12:00 dan 15:00-dək məşq edə bilərlər. 

Əsas heyətə qatılmaq üçün şərtlər: 
14-yaş və böyüklər.
Quruluşu özünə məxsus olan rəqs - 1:45- 2:15
Münsiflər heyətinin qoyduğu musiqi əsasinda improvizasiya - 1 dəqiqə. 
Seçilmiş iştirakçılara Modern, Şou balet, Hip-Hop, Break Dance, Latino, Folk Dance və.s. rəqslər Azərbaycan Gənclər İttifaqının hesabına öyrədilir. Rəqslər öyrədildikdən sonra onlar əsas heyətdə Azərbaycanın daxilində keçirilən çempionatlara qatılırlar. Yaxşı nəticələr əsasında ölkəni təmsil eləmək məqsədi ilə beynəlxalq yarışlara göndərirlər.

14 ildir ki, Jam SS studiası fəalliyyətdədir. Bu illər ərzində rəqqaslar beynəlxalq arenalarda Azərbaycanın bayrağını qaldırırlar. Bugünkü gündə studiya 7 zala sahibdir, 14 müəllimə və 12-dən artıq müasir və milli rəqs istiqamətlərində dərsləri keçirir. Yarandığı dövürdən bu günə kimi rəqs studiyası 13-min nəfərdən çox insanlara müxtəlif rəqs növlərini öyrədib.

Ərizələrin qəbulu açıqdır.
İnformasiya üçün əlaqə nömrələri:
+994 12 511 26 11
+994 55 744 29 11 - whats up
Cv-vizi bu meil adresinə göndərə bilərdiniz.
dance-az@mail.ru
İmtahan Jam SS - studiasının birinci zalında keçiriləcək. 
Ünvan Şeyx Şamil 1 (İçəri şəhər metrosu ilə üzbə üz)

İnformasiya dəstəyi - Trend.az, Day.Az, Milli.Az, Azernews.az









Tags:  Jam SS açıq dərs günü elan edir FOTO

RƏYLƏR


Top news