Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Qusara yağan güclü qar dağlıq kəndi işıqsız qoyub - FOTO

Qusara yağan güclü qar dağlıq kəndi işıqsız qoyub  - FOTO

Şəmkirdə güclü külək kəndləri İŞIQSIZ QOYDU (28 Mart 2017 17:17)
Fövqəladə hallar komissiyasının sədri: "Astaranın 80%-i işıqsız qalıb" (17 Fevral 2017 15:37)
Pişik 2000 adamı işıqsız qoydu (15 Fevral 2017 04:53)

Tarix: 25 Oktyabr 2016 18:58

Qusar rayonunun dağlarına yağan güclü qar 3 elektrik dirəyini aşırıb.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, qarın yağması nəticəsində meşə ağacları qarın ağırlığına dözməyərək elektrik dirəklərinin üzərinə aşıb. Hazırda Qusarın Urva kəndində 560 yaşayış evi işıqsız qalıb. Hadisə bu gün saat 15 radələrində qeydə alınıb.

Bununla bağlı Qusar rayon Urva kənd İcra nümayəndəliyi "Azərişıq" ASC-nın Xaçmaz Regional Mərkəzinə məlumat verib. Dərhal hadisə yerinə gələn elektrik işçiləri dirəklərin üzərinə düşən ağacları ərazidən təmizləyiblər. "Azərişıq" nümayəndələri indi Urva kəndinə gedən yüksək gərginlikli elektrik xətlərini təmir edirlər.

Hazırda həmin ərazidə olan Urva kənd İcra nümayəndəsi Suləddin İskəndərov "Report"a açıqlamasında bildirib ki, yaxın 1 saat ərzində elektrik enerjisinin verilişi təmin olunacaq. "Azərişıq" əməkdaşları tərəfindən elektrik dirəkləri yenidən bərpa edilir."






Teqlər:  Qusara yağan güclü qar dağlıq kəndi işıqsız qoyub FOTO



RƏYLƏR


Top xəbərlər