9 marşrut xətti dəyişdirildi

9 marşrut xətti dəyişdirildi
19:03 25 Oktyabr 2016
29 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda 9 marşrut xətti dəyişdirilib.

Bu barədə Publika.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumatda bildirilib ki, ötən həftə Bakı şəhərinə yağan intensiv yağışlar nəticəsində Binəqədi rayonu Binəqədi şosesinin bir hissəsi yağış sularının altında qalıb. Mövcud vəziyyətin artıq bir neçə gündür davam etməsi yolda avtonəqliyyat vasitələrinin, o cümlədən sərnişin avtobuslarının hərəkəti üçün ciddi təhlükə yaradıb. Hazırda yolda hərəkət tamamilə dayandırılıb. Bu səbəbdən də həmin şosedən keçən 9 marşrut xətti üzrə (100, 108, 123, 133, 134, 147, 155, 165, 179) avtobusların hərəkətində də müvəqqəti dəyişiklik olunub. Məqsəd, sərnişinlərin təhlükəsizliyini təmin etməkdir. Hazırda Bakı Nəqliyyat Agentliyi daşıyıcı şirkətlərlə birgə sərnişin avtobuslarının alternativ yollarla hərəkətinin təmin edilməsi istiqamətində iş aparır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/173512.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR