Qalmaqallı veriliş bağlandı - VİDEO

Qalmaqallı veriliş bağlandı - VİDEO
19:14 25 Oktyabr 2016
3342 Digər
Ölkə mətbuatı
A- A+

Space televiziyasında yayımlanan “Bu, maraqlıdır” verilişi bağlanıb.

 

Lent.az-ın qafqazinfo-ya istinadən məlumatına görə, sayta kanaldan məlumat daxil olub. Space TV-nin sözügedən verilişlə bağlı açıqlamasını təqdim edirik:

 

“Yeni mövsümdə kanalda “Bu, maraqlıdır” adlı musiqili-əyləncəli proqram hazırlanmışdı.

 

Aktrisa Ülviyyə Əliyeva və Ramiz Alışovun aparıcılığı ilə bu veriliş ilk buraxılışlarında qeyri-adi qabiliyyətə malik olan insanları proqrama cəlb edirdi. Və doğrudan da bu, maraqlı idi. Sonuncu verilişdə çox guman ki, mövzu qıtlığından müəyyən zövqsüzlüyə yol verilmişdi. Televiziya rəhbərliyi bu halın tendensiya xarakteri daşımaması üçün “Bu, maraqlıdır” verilişinin bağlanması haqqında qərar qəbul edib”.

 

Xatırladaq ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) şöbə müdiri Təvəkkül Dadaşov açıqlamasında “Bu maraqlıdır” verilişində baş verənləri efirin toyxanaya çevrilməsi kimi təqdim etmişdi: “Bu tipli verilişlər xüsusilə “Space”də çoxdur. Hər dəfə bu mövzuda irad bildirəndə, yayımçılar, o cümlədən “Space”, reytinqi bəhanə gətirir. Teleradio məkanımızda bu mövsüm ciddi reytinq yarışı hiss olunur. Bunun da fəsadları göz önündədir”.

 

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257629

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR