Xalidə stereotipləri qırır: Bank kassiri taksi sürücüsü oldu - FOTO

Xalidə stereotipləri qırır: Bank kassiri taksi sürücüsü oldu - FOTO
19:32 25 Oktyabr 2016
168 Ölkə
Ölkə mətbuatı
A- A+

Taksi sürücüsü əmindir ki, öz kişi həmkarlarından şəhəri pis tanımır, kişi sərnişinlər isə sükan arxasındakı qadına hörmətlə yanaşırlar. 

Milli.Az sputnik-ə istinadən bildirir ki, məktəb, bank kimi sahələrdə əmək fəaliyyətinə başlayan Xalidə Babayeva hazırda taksi sürücüsü kimi çalışır. 

X.Babayeva iqtisadi böhranın bütün özəllikləri ilə qarşılaşan tənha anadır. Etiraf edir ki, bəzən çörəkpulu qazanmaq şansını əldən verməmək üçün xəcalət də çəkməli olur.

X.Babayeva Bakı sakinidir, 35 yaşı var. Rabitə, nəqliyyat kollecini qırmızı diplomla bitirdikdən sonra bir neçə peşə dəyişməli olub. On il bundan öncə boşanan xanım, azyaşlı oğlunu təkbaşına böyütməyə başlayıb.  

İlkin olaraq orta məktəbdə müəllim işləyib və informatika dərsi deyib. Bir müddət sonra kiçik siniflərdə akademik saatları əlindən alınıb, nəticədə isə, onsuz da, az olan müəllim məvacibi daha da azalıb. Yeni iş yeri axtarmalı olan Xalidə banka kassir vəzifəsinə düzəlir. Daha sonra o, bir neçə bankda işləyib, bu müddət ərzində isə mühasib sənətinə yiyələnib. Amma iki il öncə ixtisara düşüb. Bu andan etibarən pulsuz və hər ay ödəməli olduğu borclarla qalıb. 

O isə ruhdan düşməyib: "Nə edə biləcəyimi düşündüm. Oğlum pullu fakültəyə qəbul olub. Çıxış yolu tapmaq lazım idi. Başa düşürəm ki, əgər öz peşəm üzrə işləməsəm, heç hara işə düzələ bilməyəcəm. Hazırda böhrandır, hər yerdə ixtisar gedir, iş yeri yoxdur. İşləməyə bilmərəm".

Nəticədə gənc qadın fərdi sərnişindaşıma ilə məşğul olmaq fikrinə düşür, baxmayaraq ki, onun cazibədar görünüşü heç də taksi sürücüsü stereotipinə uyğun gəlmir. Xalidə Babayeva sosial şəbəkədə qadın və uşaqlar ilə işləmək arzusu barədə elan yerləşdirir. Amma internet istifadəçiləri ona taksi proqramlarından biri ilə işləməyi məsləhət görürlər. Cəhd etmək fikrinə düşən xanım razı qaldığını bildirib. İş günü qrafikini özü seçir, gün ərzində səhər saat 7-dən axşam 8-ə qədər maşın sürür. Əslində hər şey kənardan göründüyü qədər rahat deyil. Hər ay Bakı Nəqliyyat Agentliyinə lisenziya almaq üçün getməli olur.  

"Hazırda Nəqliyyat Agentliyində lisenziya almaq daha asandır. Daha öncə xəcalət dəqiqələri yaşamalı olurdum... orada çox sayda kişi olur. Taksi sürücüləri ayrı dünyadır. Onlar bir qədər fərqlidirlər. Onlar qadın görəndə... Nəqliyyat Agentliyinin işçiləri sağ olsunlar, məni görən kimi tez buraxırlar. Kütlə, təbii ki, narazıdır və mən hər ay bunu keçməli oluram", - qadın danışıb.

İndiyə qədər valideynləri qızlarının sürücülük etdiyini bilmirlər. Bəlkə də bilsələr etiraz edərlər. "Atam hansısa şirkətdə işlədiyimi düşünür. Taksi olduğunu demirəm, sadəcə, bunun fərdi daşıma olduğunu demişəm. Burada pis heç nə yoxdur. Kişilər qadın salonunda işləyirlər".

Azərbaycanda ümumilikdə kişi işlərində çalışan qadınlara qeyri-adekvat yanaşırlar, amma yaxınları Xalidə Babayevaya etibar edirlər. Oğlu da anasının yeni sənətinə qarşı deyil. Bəzən gecə çağırışlarında xoşagəlməz hadisələrin olmaması üçün anasını müşayiət edir. Amma o, axşam səkkizdən sonra çıxmamağa çalışır, çünki həmin saatlarda sərxoş sərnişinlər də olur. Onlardan bəziləri, hətta tanış olmağa da çalışır. Ona görə də xanım sürücü "WhatsApp" nömrəsini dəyişməli olub. Çox vaxt kişi müştərilər ona hörmətlə yanaşırlar.

Xalidə Babayevanın sözlərinə görə, müştərisi az deyil. Adi günlərdə ona yaxın sifarişə gedir. Şəxsi rekordunu gün ərzində 11 saat işləyərək 13 reys etdiyi zaman vurub. 

Müştərilər arasında turistlər də olub. Bu yay Rusiya şəhərlərindən olan qonaqlara xidmət göstərib. Onlar milli mətbəxin dadına harada baxa biləcəkləri ilə maraqlanıblar. 

Sürücü xanım şəhəri yaxşı tanıdığını, əgər müştəri istirahət etmək üçün bir yerə getmək istəyərsə, məsləhətlə də yardım edə biləcəyini deyib. 

Bununla yanaşı, X.Babayeva yeganə xanım taksi sürücüsü deyil. Bakı Nəqliyyat Agentliyində lisenziya almağa bir neçə qadın da gəlir. Onların arasında hicablı xanımlar da var. Bizim hekayənin qəhrəmanı isə uzunmüddətli planlar qurmur, hələlik, iş yerini dəyişməyə hazırlaşmır, belə ki, CV-ni verdiyi bankların bir neçəsi böhran üzündən bağlanıb. 

Milli.Az






RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Azərbaycanda növbəti qəbul imtahanı keçirilir

22 İyul 2017 10:59

Bakıda “BMW” sürücüsünə “seks”ə görə AĞIR CƏZA - FOTOLAR

22 İyul 2017 10:58

Könül Xasıyeva göz yaşlarını saxlaya bilmədi - FOTOlar

22 İyul 2017 10:57

Daha bəsdir... – Ev ala bilməyən jurnalist yazır

22 İyul 2017 10:54

Aslı Enver “Kardeşim benim 2”də rol almamasının SƏBƏBLƏRİNDƏN danışdı - FOTO

22 İyul 2017 10:53

Rusiyada baş verən avtomobil qəzasında iki Azərbaycan vətəndaşı xəsarət alıb

22 İyul 2017 10:52

Yaponlar bunu da etdilər...

22 İyul 2017 10:50

Qızıl 9 dollara yaxın bahalaşdı

22 İyul 2017 10:47

Tarixə düşmüş 8 ən şanslı insan

22 İyul 2017 10:45

Cəbhə zonasında AĞIR DÖYÜŞLƏR: bir ölü, iki yaralı

22 İyul 2017 10:43

Tudorun gələcəyi sual altındadır

22 İyul 2017 10:42

Bu qəbilə bütün insanları YADPLANETLİ BİLİR: inanmayacağınız VƏRDİŞLƏR - FOTO

22 İyul 2017 10:38

Hamilə qadının mağazadan oğurluq anı

22 İyul 2017 10:38

Boks üzrə superağır çəkidə dünya çempionu titulu uğrunda döyüş Bakıda keçirilə bilər

22 İyul 2017 10:37

Neft ucuzlaşdı

22 İyul 2017 10:37

Bilgəh çimərliyində faciə: 20 yaşlı oğlan öldü

22 İyul 2017 10:34

Rusiyanın dünyadan gizlətdiyi şəhər: 20 il sonra üzə çıxdı - FOTO

22 İyul 2017 10:32

Türkiyə PKK-nın “beynini” öldürüldü - FOTO

22 İyul 2017 10:28

"Fitch" Türkiyənin kredit reytinqini təsdiqləyib

22 İyul 2017 10:27

Kayseridə Azərbaycan və Türkiyə vətəndaşlarının idarə etdiyi avtomobillər toqquşub, 4 tələbə ölüb

22 İyul 2017 10:27

Ekspert: "Ankaranın Qətər böhranının həlli üçün səyləri bəhrəsini verir"

22 İyul 2017 10:27

Mağazada yanğın - Soyuducu istiyə dözmədi

22 İyul 2017 10:23

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının əsas göstəriciləri (22.07.2017)

22 İyul 2017 10:22

"Neftçi" "Zirə"yə qalib gəldi

22 İyul 2017 10:22

Rihannanın yeni ayaqqabı kolleksiyası

22 İyul 2017 10:21

Qəbələdə beş otaqlı ev yanıb

22 İyul 2017 10:19

Qəbələdə güclü yanğın

22 İyul 2017 10:18

Samuxda fəhlə hündürlükdən yıxılaraq ölüb

22 İyul 2017 10:17

Sızanaq izlərini aparan ən effektiv üsul

22 İyul 2017 10:16

Polis bölməsinə hücum oldu

22 İyul 2017 10:14

Samsung UHD TV Curved-dən real 4К keyfiyyətli təsvir

22 İyul 2017 10:12

Azərbaycanın tikinti şirkəti Qazaxıstanda yol tikintisi üzrə tenderin qalibi olub

22 İyul 2017 10:12

Mətbuat nümayəndələri Heydər Əliyevin məzarını ziyarət ediblər

22 İyul 2017 10:10

Mağazada yanğın olub

22 İyul 2017 10:10

Bakıda maşının nömrə yerinə "seks" yazan sürücü yaxalandı - FOTO

22 İyul 2017 10:05

Norm Sement Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik etdi

22 İyul 2017 10:05

Samux sakini faciəvi şəkildə öldü

22 İyul 2017 10:05

Mətbuat nümayəndələri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO

22 İyul 2017 10:03

Telefonunuzu kimlərin izlədiyini bu kodlarla öyrənin

22 İyul 2017 09:57

Çində bina uçdu: 5 ölü

22 İyul 2017 09:53

Azərbaycan dilində qarşılığı olmayan 18 maraqlı ifadə

22 İyul 2017 09:52

Atası "cənazəsinə getməyəcəm" dediyi oğlunun dəfnində - FOTO

22 İyul 2017 09:47

İnsanabənzər keçi dünyaya gəldi

22 İyul 2017 09:45

Ermənilər cəbhəboyu atəşkəsi pozub

22 İyul 2017 09:44

Fokus alınmadı - Xanımı yandı

22 İyul 2017 09:42

Aktrisanın əlacsız qaldı və...

22 İyul 2017 09:40

Bina uçdu: 5 ölü - Çində

22 İyul 2017 09:37

Abşeronda mağaza yanıb

22 İyul 2017 09:35

Cəbhədə SON VƏZİYYƏT

22 İyul 2017 09:33

Ermənilər atəşkəs rejimini 132 dəfə pozub

22 İyul 2017 09:32